• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün1306
mod_vvisit_counterDünən963
mod_vvisit_counterBu həftə3319
mod_vvisit_counterBu ay17087
mod_vvisit_counterÜmumi2533903

Tarix: 15 May, 2024

Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin həkim, rezident və tələbələrinin “Sağlam ol” layihəsinin Naxçıvan şəhər ümumtəhsil məktəblərində icrasına başlanıldı

Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbdə Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin həkim, rezident və tələbələrinin “Sağlam ol” layihəsi çərçivəsində ümumtəhsil məktəblərinin şagirdləri ilə tanışlıq görüşü, praktik təcrübələr və “İlk tibbi yardım” simulyasiyasının təqdimatı keçirilmişdir. Əvvəlcə Tibb fakültəsinin dekanı, dosent Elsevər Əsədov Tibb fakültəsi, tədbirin məqsəd və vəzifələri haqqında ətraflı məlumat vermişdir. Bildirmişdir ki, cəmiyyət həyatı üçün gənclərin verdikləri qərarların əhəmiyyəti, gənclərin sağlam olmaları, yüksək təhsil göstəricilərinə malik olmaları və  doğru peşə seçmələrinin əhəmiyyəti böyükdür.

Naxçıvan Şəhər Təhsil Şöbəsinin müdiri Elşən Qəbulov isə çıxışında qeyd etmişdir ki, hər bir gənc öz bacarığını kəşf etməli, inkişaf etdirməli və sahəsi üzrə peşəkar mütəxəssis olaraq özünü formalaşdırmalıdır. Düzgün peşə seçimi və sevdiyi işlə məşğul olmaq insanın zövqlü və rahat yaşayışının təminatçısıdır. Şagirdlər arasında tibb elminə marağın artırılması baxımından  belə tədbirlərin keçirilməsi məqsədəuyğundur.

Təqdimat zamanı Elsevər Əsədov və Müalicə işi ixtisasının II kurs  tələbələri mikroskop vasitəsilə təcrübələr aparıblar. Ümumi təbabət və gigiyena kafedrasının baş müəllimi, həkim anestezioloq-reanimatoloq  Bəxtiyar Hüseynovun rəhbərliyi ilə Müalicə işi ixtisasının III kurs tələbələri yuxarı tənəffüs yollarına yad cismin düşməsi,  ürək tutması və qanaxmalar zamanı ilk tibbi yardım simulyasiyalarını təqdim ediblər. Tibbi profilaktika ixtisası  üzrə IV kurs tələbələri isə “Dadlı bəlalar” haqqında təqdimat nümayiş etdiriblər. Sonda həkim, rezidentlər və gənc tələbə həkimlərin stomatologiya, qulaq, burun, boğaz, kardiologiya  və terapiya sahələrində tibbi müayinələri yerinə yetirilibdir.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg