“Xocalı faciəsi – qan yaddaşımızdır” adlı inşa yazı müsabiqəsi keçirilib

Fevralın 24-də Kəngərli Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə Yurdçu kənd tam orta məktəbində Xocalı Soyqırımının 28-ci ildönümü ilə əlaqədar ümumtəhsil məktəblərinin şagirdləri arasında “Xocalı faciəsi-qan yaddaşımızdır” adlı inşa yazı müsabiqəsi keçirilib.

İnşa yazı müsabiqəsinin keçirilməsində məqsəd Xocalı Soyqırımı qurbanlarının xatirəsinin yad edilməsi, gənc nəsildə Vətənə sevgi hisslərinin aşılanması, Azərbaycan tarixinin təbliği, məktəblilərin dünyagörüşünün zənginləşdirilməsi və istedadlı şagirdlərin üzə çıxarılmasından ibarətdir.

Ardını oxu...

Müəllimlər arasında şahmat üzrə şəxsi birincilik keçirilib

Fevralın 24-də Naxçıvan Muxtar Respublikası  Şahmat Federasiyasının Kəngərli Rayon Bölməsinin, Kəngərli Rayon Təhsil Şöbəsinin və  Uşaq-gənclər şahmat məktəbinin birgə təşkilatçılığı ilə “26 Fevral - Xocalı Soyqırımı”nın 28-ci ildönümü ilə əlaqədar sertifikasiyadan keçmiş, ümumtəhsil məktəblərində şahmat fənnini tədris edən müəllimlər arasında şahmat üzrə şəxsi birincilik keçirilib.

Yarışın  keçirilməsində əsas məqsəd müəllimlər arasında intellektual idman növü olan  şahmat oyununu təbliğ etmək, idman və dostluq əlaqələrini inkişaf etdirmək, eyni zamanda müəllimlərin asudə vaxtlarını səmərəli təşkil etməkdən ibarətdir.

Ardını oxu...

Laboratoriyada açıq dərs keçirilib

Sədərək rayon Sədərək kənd 1 nömrəli tam orta məktəbin laboratoriyasında​ IX sinif​ Kimya fənnindən açıq dərs keçirilmişdir. Kimya müəllimi Kamaləddin Əliyev kimya laboratoriyasında  “Oksigenin laboratoriyada​ ​ alınması üsulu və​ ​çay sodası ilə sirkə turşusunun qarşılıqlı təsirindən alınmış​ karbon qazı” mövzusunda müvafiq avadanlıqlardan istifadə edərək​ təcrübə aparmışdır. Aparılan təcrübələr şagirdlərin​ kimya fənninə olan marağının artırılmasında və təcrübələr əsasında kimyəvi reaksiyaları öyrənilib mənimsənilməsində olduqca yararlı olmuşdur.

Müəllim sonda müşahidə olunan reaksiya tənliklərini lövhədə yazıb uşaqlara geniş izah vermişdir.

Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar təhsil müəssisələrində silsilə tədbirlər həyata keçirilir

Şərur şəhər 2 nömrəli tam orta məktəbin V sinif şagirdlərinin iştirakı ilə Azərbaycan tarixi fənnindən Xocalı soyqırımı ilə əlaqədar “Xocalı qanayan yaramız, ağlayan gözümüzdür” mövzusunda açıq dərs keçirilmişdir. Keçirilən dərsə Şərur Rayon Təhsil Şöbəsinin əməkdaşları və Şərur Rayon Veteranlar Şurasının sədri Vidadi Süleymanov iştirak etmişdir.

Açıq dərs Xocalı soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Ardını oxu...

Muzeylər ziyarət olunub

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 19 dekabr tarixli “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncamına uyğun olaraq, muxtar respublikada dövlət orqanları işçilərinin muzeylərə kollektiv gedişi təmin olunur. Bu tədbirlərin həyata keçirilməsi muzeylərə marağın artmasına, tariximizin, mədəniyyətimizin hərtərəfli öyrənilməsinə və təbliğinə şərait yaradır.

Ardını oxu...

 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg