• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün681
mod_vvisit_counterDünən699
mod_vvisit_counterBu həftə3860
mod_vvisit_counterBu ay32238
mod_vvisit_counterÜmumi2462727

Tarix: 28 Mart, 2024

Naxçıvan Gənc Müəllimlər Assosasiyası yaradıldı

Oktyabrın 5-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən 5 oktyabr -“Beynəlxalq Müəllimlər Günü” və “Naxçıvan Gənc Müəllimlər Assosiasiyası” İctimai Birliyinin təsis edilməsi ilə bağlı konfrans keçirilmişdir.

Konfransı giriş sözü ilə açan Təhsil naziri Rəhman Məmmədov Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Əməkdar müəllim” fəxri adının verilməsi haqqında 4 oktyabr 2021-ci il tarixli Sərəncamı ilə konfrans iştirakçılarını tanış etmiş, müəllim əməyinə verdiyi qiymətə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinə minnətdarlığını bildirmiş, təltif olunan müəllimləri, həmçinin konfrans iştirakçılarını 5 oktyabr “Beynəlxalq Müəllimlər Günü” münasibəti ilə təbrik etmişdir.

Nazir müəllimlərə göstərilən dövlət qayğısından danışaraq bildirmişdir ki,muxtar respublikada müəllim nüfuzunun artırılması, təhsil işçilərinin fəaliyyətinin stimullaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm tədbirlər görülmüşdür. Müəllim əməyinə verilən yüksək qiymətin nəticəsidir ki, 400-dən çox müəllim Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi fəxri adlarına layiq görülmüş, “Tərəqqi” medalı ilə təltif edilmişdir.

Təhsil naziri bildirib ki, muxtar respublikada müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi sahəsində də zəruri tədbirlər həyata keçirilib. Ümumtəhsil müəssisələrinin pedaqoji heyəti üçün sistemli təlimlər təşkil edilib. Təkcə ötən tədris ilində ümumtəhsil məktəblərindən 200-ü STEAM təlimləri olmaqla 1200-dən çox müəllim müxtəlif ixtisasartırma kurslarına, təlimlərə cəlb olunub. Müəllimlərin peşəkarlıq səviyyəsinin yoxlanılması məqsədilə sertifikasiyası aparılıb, 505 müəllim şahmat sertifikatı ilə təmin edilib.

Təhsil naziri bildirmişdir ki, muxtar respublikada müəllim əməyinə verilən qiymət onların fəallığını artlrmış, son iki ildə 4 müəllim “Pedaqoji mühazirə müsabiqəsi”nin, 9 müəllim isə “Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi”nin qalibi olmuşdur.

Nazir bildirmişdir ki, 2018-2019-ci tədris ilindən etibarən müəllimlərin işə qəbulunda müsabiqə mexanizmi tətbiq edilmiş, qaydalar şəffaflıq və obyektivlik baxımından əhəmiyətli dərəcədə təkmilləşdirilmiş, ümumtəhsil məktəblərinin bilikli kadrlarla təminatı yaxşılaşmışdır. Bu günədək işə qəbulla bağlı keçirilən müsabiqələrdə yüksək nəticə göstərən kadrlardan 586-sı müəllim, 140-ı isə müxtəlif vəzifələrə olmaqla, ümumilikdə 726 gənc kadr işlə təmin olunmuşdur.

Rəhman Məmmədov qeyd etmişdir ki, muxtar respublikada təhsilə göstərilən dövlət qayğısı, tədrisin yüksək səviyyədə təşkili üçün yaradılan müasir təhsil infrastrukturu, informasiya kommunikasiya texnologiyalarının ən son nailiyyətlərinin təhsilə tətbiqi, müəllim nüfuzunun artırılması istiqamətində həyata keçirilən tədbirlər müəllim əməyinin bəhrələrini artırmış, təhsildə uğurlu nəticələr əldə olunmuşdur. Belə ki, 2020-2021-ci tədris ilində ümumtəhsil məktəblərini tam orta təhsil bazasından xüsusi nailiyyətlərlə bitirən məzunlardan 17-si qızıl, 17-si gümüş nişana, 41-ü fərqlənmə attestatına layiq görülmüş, 26 şagird Respublika fənn olimpiadasının qalibi olmuşdur. Qəbul imtahanlarında iştirak edən 2695 məzundan 1932-si və ya 72 faizi ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmuşdur. Məzunlardan 261-i 500-700 arası nəticə göstərmiş, onlardan da 3-ü Prezident təqaüdünə layiq görülmüşdür.

Təhsil naziri qeyd etmişdir ki, muxtar respublikada keyfiyyətli tədris mühitində öz sənətini sevən kifayət qədər peşəkar müəllimlər formalaşmışdır. Bunların sırasında 1400-dən artıq gəncin olması onları bir araya gətirəcək birliyin yaradılmasına zərurət yaratmışdır. “Beynəlxalq Müəllimlər Günü”ndə “Naxçıvan Gənc Müəllimlər Assosasiyası”nın təsis konfransının keçirilməsi yadda qalan hadisə olmaqla yanaşı, gənc müəllimlər arasında əməkdaşlığı, təcrübə mübadiləsini daha da inkişaf etdirəcək, gənc müəllimlərin fəallığını artıracaq, onların peşəkar və fərdi inkişaflarına öz töhfəsini verəcəkdir.

Sonra konfransda çıxış edən Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi, Aşağı Yaycı kənd tam orta məktəbin direktoru Yeganə Məmmədova, Şahbuz rayon Ağbulaq kənd tam orta məktəbin ingilis dili müəllimi, Prezident təqaüdçüsü Nigar Mirzəmmədova, Culfa rayon Göydərə kənd tam orta məktəbin müəllimi, IV Qrant müsabiqəsinin qalibi Asudə Məmmədova çıxış edərək onların fəaliyyəti üçün yardılan şəraitdən, müəllim peşəsinə marağın artmasından danışmış,təhsilə və müəllim əməyinə göstərdiyi dövlət qayğısına görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlıqlarını bildirmişlər.

Çıxışlardan sonra “Naxçıvan Gənc Müəllimlər Assosiasiyası” İctimai Birliyinin Nizamnaməsi oxunmuş, Birliyin İdarə Heyətinin 13 nəfərdən ibarət tərkibi səsə qoyulmuş və təsdiq edilmişdir. Naxçıvan Şəhər Təhsil şöbəsinin baş məsləhətçisi Gülxanım Orucova  Naxçıvan Gənc Müəllimlər Assosasiyasının idarə heyətinin sədri seçilmişdir.

Gülxanım Orucova göstərilən etimada görə minnətdarlığını bildirmiş, qeyd etmişdir ki, “Naxçıvan Gənc Müəllimlər Assosiasiyası”nın təsis edilməsi gənc müəllimlərə göstərilən dövlət qayğısının daha bir bariz nümunəsidir. Üzərinə düşən vəzifəni icra edərək gənc müəllimlər arasında əməkdaşlığı daha da inkişaf etdirəcəyini, istedadlı gənc müəllimlərin aşkara çıxarılması, onların bilik və bacarıqlarının inkişaf etdirilməsi istiqamətində səylə çalışacağını bildirmişdir. Konfransda Assosiasiyanın fəaliyyət istiqamətlərini əhatə edən tədbirlər planı təsdiq edilmişdir.

Sonra “Heydər Əliyev və Azərbaycan gəncliyi” filmi nümayiş olunmuşdur. Tədbirin bədii hissəsində Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin dərnək üzvləri tərəfindən Nağara ansamblı və Əlvan çiçəklər rəqs qrupunun ifasında  mahnı və rəqs nömrələri ifa edilmişdir.

 

Naxçıvan Muxtar Respublikası

Təhsil Nazirliyinin mətbuat xidməti


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg