• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün276
mod_vvisit_counterDünən1386
mod_vvisit_counterBu həftə12194
mod_vvisit_counterBu ay43257
mod_vvisit_counterÜmumi2510522

Tarix: 27 Apr., 2024

“5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü” münasibət ilə “Savadlı gələcəyin təminatçısı – müəllim...” adlı tədbir keçirilib

Bu gün Kəngərli Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə Akademik Zərifə Əliyeva adına Şahtaxtı kənd tam orta məktəbində “5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü” münasibətilə  “Savadlı gələcəyin təminatçısı – müəllim...” adlı tədbir keçirilib.

Tədbirdə ümumtəhsil məktəblərinin direktorları və rayonun qabaqcıl müəllimləri iştirak edib.

Tədbiri giriş nitqi ilə açan Təhsil Şöbəsinin müdiri Emin Məmmədxanlı bildirib ki, ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirlər, təhsil işçilərinə diqqət və qayğının artması ümummilli liderin təhsil sahəsində apardığı siyasətin məntiqi davamıdır. Vurğulayıb ki, Ali Məclis Sədrinin tapşırıqlarına uyğun olaraq, müəllimlər vətənpərvər, təhsilli gənclərin yetişdirilməsi, cəmiyyət üçün faydalı fərdlərin hazırlanması istiqamətində səylə çalışırlar. Bu gün hər bir müəllim elmi-nəzəri hazırlığı, pedaqoji ustalığı, metodik cəhətdən kamilliyi ilə yanaşı, vətənpərvərliyi ilə də seçilir, dövlətinə və xalqına sədaqətlə xidmət edir. O çıxışında qeyd edib ki, öz peşə bayramlarını qeyd edən rayon müəllimləri inanırıq ki, bundan sonra da şagirdlərin yüksək intellektual səviyyəyə malik, milli dəyərlərə hörmətlə yanaşan, bilikli, vətənpərvər gənclər kimi yetişməsi, xalqımız və dövlətimiz üçün yararlı vətəndaş olması istiqamətində yorulmadan çalışacaqlar.

Tədbirdə “Müəllim: ən şərəfli, ən ülvi, ən uca ad!” mövzusunda çıxış edən  Xıncab kənd tam orta məktəbinin müəllimi Türkan Cəfərli qeyd edib ki, Azərbaycan müəllimləri tarixən mütərəqqi amallar naminə çalışmış, şərəfli müəllim peşəsini ən uca zirvələrə qaldıraraq xalqımızın maariflənməsi və tərəqqisi yolunda yorulmadan fəaliyyət göstərmişlər. “Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi var. Mən dünyada müəllimdən şərəfli ad tanımıram”, – deyən ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün illərdə müəllim əməyini yüksək qiymətləndirmiş, onlara böyük hörmətlə yanaşmış, təhsil işçilərinin maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılmasının qayğısına qalmışdır.

Sonra şagirdlərin ifasında “5 Oktyabr-Beynəlxalq Müəllimlər Günü”nə həsr olun­muş şeirlər bədii qiraət olunub.

Tədbirin sonunda təhsilin inkişafındakı xidmətlərinə, gənc nəslin təlim-tərbiyəsi sahəsində yüksək nailiyyətlər əldə etdiyinə görə bir qrup təhsil işçisi fəxri fərmanlarla təltif olunublar.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg