“Yeni Azərbaycan Partiyası – 29 illik zəfər simvolu” devizi altında tempo turniri keçirilib

Bu gün Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının Kəngərli rayon bölməsinin, Kəngərli Rayon Təhsil Şöbəsinin və Uşaq-gənclər şahmat məktəbinin birgə təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının yaradılmasının 29-cu ildönümü münasibətilə ümumtəhsil məktəblərində təhsil alan şagirdlər arasında “Yeni Azərbaycan Partiyası – 29 illik zəfər simvolu” devizi altında tempo turniri keçirilib.

Ardını oxu...

Kəngərli rayon məktəbliləri ilə “Tarixi abidələrimizin tədqiqinə dövlət qayğısı” mövzusunda görüş keçirilmişdir

Noyabrın 26-da Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Qədim dövr arxeologiyası şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor Vəli Baxşəliyev ilə Kəngərli Rayon Təhsil Şöbəsinin əhatə etdiyi ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərinin görüşü keçirilmişdir.

Kəngərli rayon Xok kənd tam orta məktəbində keçirilən görüşü giriş sözü ilə Təhsil Nazirliyi Aparatının sektor müdiri Mətanət Əliyeva açaraq qeyd edib ki, görüşün keçirilməsində məqsəd elmin muxtəlif sahələrində çalışan alimlərin orta məktəblərlə əlaqələrinin möhkəmləndirilməsi, məktəblilərin еlmi araşdırmalara olan marağının аrtırılmаsı, gənclərin peşə və ixtisas seçimləri zamanı düzgün istiqamətləndirilməsinə köməklik göstərmək və onların müxtəlif sahələr üzrə təşəbbüslərinin qiymətləndirilməsidir. Bildirilib ki, təhsil müəssisələrində keçirilən elmi görüşlər hər bir şagirdin elmə olan marağının artmasına şərait yaradır, onların inkişafında, əsl şəxsiyyət kimi formalaşmasında mühüm rol oynayır.

Ardını oxu...

STEAM Tədris Mərkəzindən növbəti interaktiv dərs keçirilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında STEAM təhsil metodunun tətbiqi ilə bağlı tədbirlər haqqında” 7 iyun 2021-ci il tarixli Sərəncamının icrası istiqamətində görülən işlərin davamı olaraq noyabrın 25-də muxtar respublikanın ümumtəhsil məktəblərinin VI və VII siniflərində təhsil alan şagirdlər üçün Heydər Əliyev adına tam orta məktəbdə yaradılan STEAM Tədris Mərkəzindən növbəti interaktiv dərs təşkil olunub.

Ardını oxu...

Ordubad rayon məktəblərinin qəbul nəticələri müzakirə edildi

Ordubad rayonunda 2020-2021-ci tədris ilində ali və orta ixtisas təhsili müəssisələrinə qəbulun nəticələrinin müzakirəsi keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Elşad Məmmədov qeyd etmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı nəticəsində rayonumuzda müasir təhsil infrastrukturu yaradılıb, bütün təhsil müəssisələri üçün müasir tələblərə cavab verən binalar tikilib, maddi-texniki bazası gücləndirilib. Təkcə 2021-ci ilin ötən dövründə Ordubad şəhər 1 nömrəli, Əndəmic və Nüsnüs kənd tam orta məktəblərinin infrastrukturu yenilənmişdir. Hazırda isə Vələver, Dırnıs və Pəzməri məktəblərində quruculuq işləri aparılır.

Ardını oxu...

“Sabahın tədqiqatçıları-2022” şagirdlər alimlərlə birlikdə cari tədris ilində də elmi tədqiqat aparacaqlar

Noyabrın 25-i Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin birgə təşkilatçılığı ilə “Sabahın tədqiqatçıları-2022” layihəsinə start verildi. Bununla bağlı şagirdlərlə görüş keçirildi.

Tədbirdə Təhsil naziri Rəhman Məmmədov təhsilə göstərilən dövlət qayğısından danışaraq qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində muxtar respublikada təhsil infrastrukturu yenilənmiş, müasir tipli yeni məktəb binaları inşa edilmiş, təhsil müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilmiş, təlim-tədris prosesi üçün yüksək tədris şəraiti yaradılmışdır.

Ardını oxu...

Başqa məqalələr...

 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg