• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün662
mod_vvisit_counterDünən831
mod_vvisit_counterBu həftə4742
mod_vvisit_counterBu ay28571
mod_vvisit_counterÜmumi2495836

Tarix: 18 Apr., 2024

Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseydə ali və orta ixtisas təhsili müəssisələrinə qəbulun nəticələri müzakirə edildi

Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyin pedaqoji kollektivi ilə birgə 2020-2021-ci tədris ilində ali və orta ixtisas təhsili müəssisələrinə qəbulun nəticələrinin müzakirəsi keçirilmişdir.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov bildirib ki, bu gün muxtar respublikada təhsilin inkişafı sahəsində ardıcıl tədbirlər həyata keçirilir, təhsilin keyfiyyət göstəriciləri yaxşılaşdırılır, muxtar respublika təhsili özünün uğurlu inkişaf dövrünü yaşayır. Ümumi təhsilin səmərəlilik və effektivliyinin yüksəldilməsi, şagirdlərin dövrün çağırışlarına uyğun keyfiyyətli təhsillə əhatə olunması, onların cəmiyyətdə tələbyönlü şəxsiyyət, vətənpərvər ruhlu yetkin vətəndaş kimi tərbiyəsi olunması  üçün müasir təhsil şəraiti yaradılmışdır.

Nazir təhsilə göstərilən dövlət qayğısından Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyin də bəhrələndiyini qeyd edərək bildirmişdir ki, liseydə təlim-tədrisin yüksək səviyyədə aparılması üçün hər cür şərait yaradılıb. Bütün sinif otaqları, fənn kabinetləri ən müasir tələblər səviyyəsində qurulub. Məktəb yüksək tələblərə cavab verən avadanlıq və müasir dərs ləvazimatları ilə təchiz edilib. Liseydə 45 kompüter və 5 elektron lövhə quraşdırılıb, STEAM, Robotexnika, Mental Aritmetika dərnəkləri yaradılıb. Liseyin kitabxanası 3 minə yaxın latın qrafikalı bədii ədəbiyyat və 4 mindən çox dərsliklə təmin olunmuşdur. Liseyin müəllimlərindən 1-i Azərbaycan Respublikasının Əməkdar müəllimi, 2-si Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi fəxri adına, 2-si isə “Tərəqqi” medalı ilə təltif olunmuşdur.

Nazir qeyd etmişdir ki, hazırda liseydə 15 sinifdə 265 şagird təhsil alır ki, onların da təlim-tərbiyəsi ilə 32 müəllim məşğul olur. Bildirilmişdir ki, liseydə yaradılan müasir tədris şəraiti, mütərəqqi təhsil metodlarının tətbiqi, müəllim əməyinə verilən yüksək qiymət sayəsində tədrisin səviyyəsi yüksəlmiş, 2020-2021-ci tədris ilində liseyin şagirdlərindən 2-si Respublika fənn olimpiadasının, 7-si Muxtar  respublika fənn olimpiadasının, 5-i isə Respublika fənn müsabiqəsinin qalibi olmuşdur. 2020-2021-ci tədris ilində liseyin     33 məzunu olmuşdur. Məzunların hamısı ali məktəblərə keçirilən qəbul imtahanlarında iştirak etmiş, onlardan 32-si və yaxud 97 faizi ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmuşdur. Məzunlarından 2-si imtahanlarda 500-700 bal arası nəticə göstərmişdir.

Liseyin direktoru Çingiz Rzayev çıxış edərək 2020/2021-ci tədris ilində liseydə görülən işlər haqqında məlumat vermişdir.

Tədbirin sonunda təhsil naziri əldə olunan uğurlara görə Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyin kollektivinə təşəkkürünü bildirmiş, cari tədris ilində fəaliyyətin gücləndirilməsi ilə bağlı tapşırıqlar vermişdir.

Sonda ali və orta ixtisas təhsili müəssisələrinə qəbulda qazanılan uğura görə liseyin kollektivinə Naxçıvan Muxtar Respublikası Təhsil nazirliyinin diplomu təqdim edilib.

Liseydə tədrisin səmərəli təşkili, şagirdlərin qəbul imtahanlarına hazırlıq səviyyəsinin yaxşılaşdırılması ilə bağlı Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin test toplularının təqdimatı oldu. Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin nəşri olan Fizika, Riyaziyyat, Kimya, Azərbaycan dili, Coğrafiya və İngilis dili fənlərinə aid VII-XI siniflər üçün ümumilikdə 540 ədəd test toplusu liseyə təqdim olunur.

Təhsil naziri şagirdlərin dərsdən sonrakı məşğələlərində test toplularından yararlanmaları üçün pedaqoji heyətə xüsusi tapşırıqlar verdi.

Naxçıvan Muxtar Respublikası

Təhsil Nazirliyinin mətbuat xidməti


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg