24 noyabr 2021-ci il tarixdən etibarən Kəngərli Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin II-IV və V-VIII sinif şagirdləri arasında “Bizim sinif: Bizim məktəb” adlı bilik yarışının məktəb mərhələsinə start verilib.
Bilik yarışının keçirilməsində məqsəd şagirdlərə müstəqil düşünmək, sərbəst fikir söyləmək, öz təcrübə və biliyini təhlil etmək, özünüqiymətləndirmə, əməkdaşlıq etmək bacarıqlarını aşılamaq, onlarda kreativ təfəkkürü inkişaf etdirmək, intellektual fəaliyyətə cəlb etmək, fənlərə dair məktəblilərin məlumatlılıq səviyyəsini yüksəltmək, şagirdlər arasında sağlam rəqabət mühitini formalaşdırmaq, mövcud intellektual bazalarını genişləndirmək, onların şəxsiyyətinin və həyat boyu öyrənmək, cəmiyyət üçün məhsuldar üzv olması üçün vacib olan metakoqnitiv qabiliyyətlərinin inkişafına və yaradıcı qabiliyyətlərinin reallaşdırılması üçün əlverişli şərait yaratmaq, eləcə də asudə vaxtlarının səmərəli təşkili istiqamətində yeni üsullar tətbiq etməkdən ibarətdir.