Ölkəmizdə ulu öndər Heydər Əliyev siyasi xəttinin uğurla davam etdirilməsi Naxçıvan Muxtar Respublikasını da davamlı inkişaf yoluna çıxarıb, yaşayış məntəqələri müasirliyə qovuşdurub. Bütün sahələrdə əldə olunan dinamik inkişaf kəndləri də əhatə edib, geniş quruculuq işləri aparılıb, sakinlərin rahat yaşayışına xidmət edən müasir sosial obyektlər inşa olunub. Ölkə başçısı cənab İlham Əliyevin də dediyi kimi: “Naxçıvanda işlər çox yaxşı gedir, quruculuq-abadlıq işləri aparılır... Bu da dinamik inkişafın təzahürüdür”.