Muxtar respublikada ilk dəfə olaraq Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi keçirilib

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə 14 noyabr 2021-ci il tarixində Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi keçirilmişdir. Sözügedən müsabiqə hər il mərkəzi Fransa olan Sərhədsiz Kenquru Assosiasiyasının razılığı ilə dünyanın 80-dən çox ölkəsində təşkil olunur.

Muxtar respublikada imtahan 8 mərkəzdə: Naxçıvan şəhərində 11 nömrəli, Şərur rayonunda 2 nömrəli, Babək rayonunda  2 nömrəli, Ordubad rayonunda 1 nömrəli, Culfa rayonunda 2 nömrəli, Kəngərli rayonunda Qıvraq qəsəbə, Şahbuz rayonunda 1 nömrəli, Sədərək rayonunda 1 nömrəli tam orta məktəbdə təşkil olundu. Müsabiqə üçün Naxçıvan şəhərində 910, Şərur rayonunda 404, Babək rayonunda 250, Ordubad rayonunda 238, Culfa rayonunda 342, Kəngərli rayonunda 92, Şahbuz rayonunda 32, Sədərək rayonunda 34, ümumilikdə 2302 şagird öz biliklərini yoxladı.

Ardını oxu...

Culfa şəhərində yaşayış binası istifadəyə verilib

Noyabrın 11-də Culfa şəhərində yaşayış binası yenidənqurmadan sonra istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yaradılan şəraitlə maraqlanıb.

Məlumat verilib ki, 3 mərtəbəli binada 18 mənzil vardır. Mənzillərdən 12-si üç, 6-sı isə ikiotaqlıdır. Üçotaqlı mənzillərin ümumi sahəsi 90, ikiotaqlı mənzillərin ümumi sahəsi isə 62 kvadratmetrdir. Fərdi istilik sistemi ilə qızdırılacaq mənzillərdə müasir kommunal şərait yaradılıb.

Ardını oxu...

Culfa şəhərində yenidənqurma işləri aparılıb

Culfa şəhərindəki E.Nağıyev küçəsi və ona bitişik C.Məmmədquluzadə, Ş.İ.Xətai və M.Müşfiq küçələrində əsaslı yenidənqurma işləri aparılıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov görülən işlərlə tanış olub.

Məlumat verilib ki, küçələri əhatə edən 3,4 kilometrlik avtomobil yolu yenidən qurularaq asfalt örtük salınıb, yol üzərində 800 metr beton su kanalı çəkilib, 3170 metr səki salınıb. Yenidənqurma işləri zamanı 22 işıqlandırma dirəyi quraşdırılıb, 4230 metr hava elektrik verilişi xətləri yeraltı kabel xətləri ilə, 1000 metr məftil elektrik xətləri izolyasiyalı kabellərlə əvəz edilib, 922 metr qaz və 2590 metr rabitə xətti çəkilib.

Ardını oxu...

Kompleks quruculuq işləri iqtisadi gücün göstəricisidir

Muxtar respublikada hər il geniş quruculuq işləri aparılır, yaşayış məntəqələri müasir görkəmə qovuşur, insanların sosial-məişət şəraiti yaxşılaşdırılır. Həyata keçirilən quruculuq işləri Culfa rayonunu da əhatə edib. Bu gün istər Culfa şəhəri, istərsə də rayonun kəndləri müasir görkəmi ilə seçilir. Son illər tikilən yeni yaşayış və inzibati binalar, çəkilən yollar, istehsal və xidmət sahələrinin yaradılması, iş yerlərinin açılması Naxçıvanın Şərqə açılan qapısı olan Culfada məskunlaşmanı daha da artırıb, insanların rifahı yaxşılaşıb.

Ardını oxu...

Ümumtəhsil məktəblərinin şagirdləri arasında “Hüquqlarımızı bilək və qoruyaq” mövzusunda inşa yazı müsabiqəsi keçirilib

“12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günü” münasibətilə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə muxtar respublikanın ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri arasında “Hüquqlarımızı bilək və qoruyaq” mövzusunda inşa yazı müsabiqəsi keçirilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Təhsil nazirinin müavini Heyran Əhmədova çıxış edərək bildirmişdir ki, Azərbaycan Respublikasının Konstitusiyasının qəbul olunmasından 26 il ötür. Ömrünü Azərbaycanın tərəqqisinə, xalqımızın xoşbəxtliyinə həsr etmiş ümummilli lider Heydər Əliyevin dövlətçiliyimizin təşəkkül tapmasında, müasir Azərbaycanın inkişafında, demokratik və hüquqi dövlət quruculuğu sahəsində həyata keçirdiyi müdrik və uğurlu siyasətindən biri də müstəqil Azərbaycanın ilk Konstitusuyasının hazırlanmasıdır. 1995-ci ildə ümummilli lider Heydər Əliyevin sədrliyi ilə tarixi zərurət nəzərə alınaraq 33 nəfərdən ibarət Konstitusiya komissiyası yaradıldı və Konstitusiya layihəsi hazırlandı.

Ardını oxu...

 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg