• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün497
mod_vvisit_counterDünən1452
mod_vvisit_counterBu həftə7026
mod_vvisit_counterBu ay30855
mod_vvisit_counterÜmumi2498120

Tarix: 20 Apr., 2024

Naxçıvan Müəllimlər İnstitutunda istedadlı şagirdlərin rəsm əsərləri və əl işlərindən ibarət şərgi keçirilmişdir

Naxçıvan Müəllimlər İnstitutu və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə keçirililən sərgidə Naxçıvan Muxtar Respublikası ümumtəhsil məktəblərində təhsil alan 120 nəfərdən artıq təsviri incəsənət sahəsində istedadlı şagirdin rəsm əsərləri və əl işləri sərgilənmişdir. Sərginin açılış tədbirində institutun rektoru Azad Novruzov çıxış edərək bildirmişdir ki, Naxçıvan Müəllimlər İnstitutunda digər ixtisaslarla yanaşı Təsviri incəsənət müəllimliyi ixtisası üzrə də kadr hazırlığı aparılır. Kadrların hazırlanmasında bir ixtisaslaşmış “İncəsənət” kafedrası fəaliyyət göstərir ki, bu kafedrada təsviri incəsənətin müxtəlif sahələri üzrə ixtisaslaşmış professor-müəllim heyəti tədris işini həyata keçirir. Dövlətimizin qayğısı və diqqəti sayəsində institutda ixtisas hazırlığını günün tələbləri səviyyəsində qurmaq üçün təkmilləşdirilmiş maddi texniki baza və bu baza əsasında tədris şəraiti mövcuddur. Bu gün ümumtəhsil məktəbləri şagirdlərinin rəsm əsərləri və əl işlərindən ibarət sərginin təşkil olunması istedadlı şagirdlərin üzə çıxarılması istiqamətində görülmüş işlərdən biridir. İnanıram ki, bu tip tədbirlərin reallaşdırılması sərgidə iştirak etməyən şagirdlər üçün də stimul olacaqdır. Rektor rəsm çəkməyin şagirdlər üçün əhəmiyyətinə toxunaraq qeyd etdi ki, insan rəsm çəkərkən onun intuitiv və yaradıcılıq təfəkkürü inkişaf edir. Gələcəkdə hansı peşənin sahibi olmasından asılı olmayaraq istedadlı insanlar öz yaradıcılıq potensialından hər zaman istifadə etməlidir.

Naxçıvan Muxtar Respublikası Təhsil nazirinin müavini Heyran Əhmədova çıxış edərək ölkəmizdə o cümlədən muxtar respublikamızda təhsilə olan diqqət və qayğıdan danışmış və qeyd etmişdir ki, ümumtəhsil məktəblərində istedadlı şagirdlərin üzə çıxarılması məqsədilə müxtəlif səpkili tədbirlər həyata keçirilir. İstedadlı şagirdlər Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində fəaliyyət göstərən müxtəlif yaradıcılıq dərnəklərinə yönləndirilir ki, ümumtəhsil məktəblərində keçirilən Təsviri incəsənət fənnində öyrəndikləri biliklərdən əlavə olaraq bu dərnəklərdə uşaqların yaradıcı qabiliyyətləri inkişaf etdirilir. Bu gün Naxçıvan Müəllimlər İnstitutunda keçirilən sərgi də şagirdlərdə öz yaradıcı imkanlarına marağın artmasına və yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsinə stimul verəcəkdir. Sonra Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin sektor müdiri Murad Babayevin və institutun İncəsənət kafedrasının müdiri Həbibə Allahverdiyevanın sərgi ilə bağlı çıxışları dinələnilmiş, iştirakçı şagirdlərə diplomlar təqdim edilmiş və şagirdlərin institut korpusu və tədris imkanları ilə tanışlığı təşkil olunmuşdur.



 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg