• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün931
mod_vvisit_counterDünən5078
mod_vvisit_counterBu həftə10194
mod_vvisit_counterBu ay42526
mod_vvisit_counterÜmumi2509791

Tarix: 26 Apr., 2024

Kəngərli rayon məktəbliləri ilə “Tarixi abidələrimizin tədqiqinə dövlət qayğısı” mövzusunda görüş keçirilmişdir

Noyabrın 26-da Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Qədim dövr arxeologiyası şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor Vəli Baxşəliyev ilə Kəngərli Rayon Təhsil Şöbəsinin əhatə etdiyi ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərinin görüşü keçirilmişdir.

Kəngərli rayon Xok kənd tam orta məktəbində keçirilən görüşü giriş sözü ilə Təhsil Nazirliyi Aparatının sektor müdiri Mətanət Əliyeva açaraq qeyd edib ki, görüşün keçirilməsində məqsəd elmin muxtəlif sahələrində çalışan alimlərin orta məktəblərlə əlaqələrinin möhkəmləndirilməsi, məktəblilərin еlmi araşdırmalara olan marağının аrtırılmаsı, gənclərin peşə və ixtisas seçimləri zamanı düzgün istiqamətləndirilməsinə köməklik göstərmək və onların müxtəlif sahələr üzrə təşəbbüslərinin qiymətləndirilməsidir. Bildirilib ki, təhsil müəssisələrində keçirilən elmi görüşlər hər bir şagirdin elmə olan marağının artmasına şərait yaradır, onların inkişafında, əsl şəxsiyyət kimi formalaşmasında mühüm rol oynayır.

AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor Vəli Baxşəliyev şagirdlərlə görüşdə beş min illik tarixi özündə yaşadan, Azərbaycanın qədim diyarı olan  Naxçıvanın  tarixi abidələrinə dövlət qayğısından geniş məlumat vermişdir.

Аzərbаycаn Rеspublikаsı 1991-ci ildə müstəqillik qаzаndıqdаn sоnrа Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin tərkib hissəsi kimi tarix və mədəniyyət abidələrinin tədqiqi ön plana çıxarılmış, Аzərbаycаn хаlqının ümummilli lidеri Hеydər Əliyеvin tövsiyəsi ilə Аzərbаycаn tаriхi milli kоnsеpsiyа əsаsındа yеnidən işlənmişdir. Аzərbаycаn Rеspublikаsının Prеzidеnti cənаb Ilhаm Əliyеv və Nахçıvаn Muхtаr Rеspublikаsı Аli Məclisinin sədri, hörmətli Vаsif Tаlıbоvun  аrхеоlоji аbidələrin öyrənilməsinə qаyğısı bu sаhədə  mühüm işlərin görülməsinə səbəb оlmuşdur. 1996-cı ildə Naxçıvanda “Uluslararası qaynaqlarda Naxçıvan” Beynəlxalq simpoziumunun keçirilməsi Naxçıvan tarixinin milli konsepsiya əsasında yenidən yazılmasının başlanğıcını qoymuşdur. Dünyanın müxtəlif ölkələrindən gələn tədqiqatçı alimlərin məruzələrində Naxçıvan tarixinin açılmamış səhifələrinə diqqət yetirilmişdir. Bu simpoziumdan keçən dövr ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri abidələrimizin tədqiqini və Naxçıvan tarixinin yeni qaynaqlar əsasında yazılmasını diqqət mərkəzində saxlamış, tariximizin tədqiqi ilə bağlı əldə edilən uğurlar haqqında Naxçıvanda və xarici ölkələrdə keçirilən simpoziumlarda Naxçıvan alimləri müxtəlif mövzularda məruzələrlə  çıxışlar etmişlər.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşması işinin təşkili haqqında” 06 dekabr 2005-ci il Sərəncamı tarix və mədəniyyət abidələrinə göstərilən dövlət qayğısından xəbər verir. Həmin Sərəncamdan sonra Naxçıvanda bu sahəyə diqqət daha da artırılmış, 1200-dən artıq tarix və mədəniyyət abidəsi qısa müddət ərzində qeydiyyata alınaraq pasportlaşdırılmışdır. Tədqiqat işlərinin nəticələri onlarla monoqrafiya və yüzlərlə məqalədə öz əksini tapmışdır. Tarix və mədəniyyət abidələrinin, o cümlədən arxeoloji abidələrin tədqiqi Azərbaycan tarixinin bir sıra mühüm məsələlərinə yenidən nəzər salmağa imkan vermiş, tariximizin qaranlıq səhifələri üzə çıxarılmışdır.

Vəli Baxşəliyev Naxçıvanda aparılan arxeoloji qazıntılar haqqında məktəblilərə güniş məlumat vermişdir.

Böyük maraqla qarşılanan görüşdə şagirdlər alimə çoxsaylı suallar ünvanlayıblar.

Qeyd edək ki, ümumtəhsil məktəblərinin şagirdlərinin alim və ziyalılarla görüşü Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş qrafikə uyğun olaraq digər rayonlarda da keçiriləcəkdir.

Naxçıvan Muxtar Respublikası Təhsil
Nazirliyinin mətbuat xidməti


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg