• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün260
mod_vvisit_counterDünən1452
mod_vvisit_counterBu həftə6789
mod_vvisit_counterBu ay30618
mod_vvisit_counterÜmumi2497883

Tarix: 20 Apr., 2024

Şərur rayon məktəblərinin ali və orta ixtisas təhsili müəssisələrinə qəbulunun nəticələri müzakirə edildi

Şərur rayonunda 2020-2021-ci tədris ilində ali və orta ixtisas təhsili müəssisələrinə qəbulun nəticələrinin müzakirəsi keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan Şərur Rayon İcra Hakimiyyətinin başçısının müavini Aysel Zeynalabdinova qeyd etmişdir ki, muxtar respublikamızın inkişafı üçün həyata keçirilən quruculuq işləri içərisində təhsilə qayğı xüsusi yer tutur. Hər il yeni inşa edilmiş məktəblərin istifadəyə verilməsi, onların müasir avadanlıq, informasiya texnologiyaları və tədris vəsaitləri ilə təchiz olunması, laboratoriya və fənn kabinələrinin yaradılması, pedaqoji heyətin əməyinin qiymətləndirilməsi bunun əyani sübutu və bu gün əldə edilən nailiyyətlərin etibarlı mənbəyidir.

Aysel Zeynalabdinova  qeyd etmişdir ki, təhsil sahəsində həyata keçirilən genişmiqyaslı və inkişafyönlü tədbirlər rayonumuzun ümumtəhsil məktəblərində şagirdlərin keyfiyyətli təhsil almasına, pedaqoji kollektivlərin əzmlə çalışmasına, bunun da nəticəsində yüksək nailiyyətlərin əldə olunmasına səbəb olmuşdur.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov bildirib ki, Ali Məclis Sədrinin Naxçıvan təhsilinə göstərdiyi xüsusi diqqət və qayğı sayəsində muxtar respublikada bütün ümumtəhsil məktəbləri yenidən inşa olunmuş və ya əsaslı şəkildə təmir edilmiş, maddi-tədris bazaları möhkəmləndirilmişdir. Muxtar respublikada şagirdlərin yüksək təhsil alması, istedad və bacarıqlarının aşkar etdirilməsi və inkişafı üçün əlverişli tədris şəraiti yaradılmışdır.

Şərur rayonunda yerləşən ümumtəhsil məktəbləri dövlət qayğısı ilə əhatə olunmuşdur. Təkcə 20021-ci ilin ötən dövründə Şərur rayon Şəhriyar və Dərvişlər məktəblərinin infrastrukturu yenilənmişdir. Hazırda isə Çərçiboğan kənd tam orta məktəbində quruculuq işləri aparılır.

Təhsil naziri vurğulamışdır ki, Şərur Rayon Təhsil Şöbəsinin tabeliyində 54 tam orta məktəb, 5 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir. Hazırda ümumtəhsil məktəblərində 826 sinifdə 10009 şagird təhsil alır ki, onların da təlim-tərbiyəsi ilə 1739 müəllim məşğul olur. Təhsilə göstərilən dövlət qayğısı sayəsində rayonun bütün ümumtəhsil müəssisələrində müasir tədris şəraiti yaradılıb. Məktəblərdə 1371 kompüter və 157 elektron lövhə quraşdırılıb. Məktəblərin kitabxanaları 182 mindən çox latın qrafikalı bədii ədəbiyyat və 130 mindən çox dərsliklə təmin olunmuş, bütün təhsil müəssisələrində idman zalları, açıq idman qurğuları, istilik sistemi quraşdırılmış, 6 məktəbdə STEAM kabinəsi yaradılmışdır. Hazırda da 16 məktəbdə STEAM kabinəsi yaradılır. Müəllimlərin işə qəbulu üzrə keçirilən müsabiqələrdə son 3 ildə 117 gənc kadr müəllim kimi fəaliyyətə başlamışdır. 20 gənc kadr isə müxtəlif vəzifələrə təyin olunmuşdur.

Nazir qeyd etmişdir ki, görülən tədbirlər sayəsində Şərur rayonunda təhsilin səviyyəsi artmışdır. Belə ki, Şərur Rayon Təhsil Şöbəsinin tabeliyində olan ümumtəhsil məktəblərinin 2020-2021-ci tədris ili üzrə 472 məzunundan 428-i və ya məzunların 90,7 faizi ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmişdir. Onlardan isə 290-ı ali və orta ixtisas təhsili müəssisəsinə qəbul olmuşdur. 35 məzun imtahanlarda 500-700 bal arası nəticə göstərmişdir. Təhsildə qazandıqları nailiyyətlərə görə məzunlardan   2-si qızıl, 2-si gümüş nişana, 3-ü isə fərqlənmə attestatına layiq görülmüşdür.

Sonra Təhsil naziri rayon təhsil şöbəsinin əhatə etdiyi  məktəblərin  dörd illik fəaliyyətini ayrı-ayrılıqda müzakirə edib.

Təhsil naziri qeyd etmişdir ki, Axura, Çəmənli, Həmzəli, Şahbulaq və Şəhriyar kənd tam orta məktəblərinin məzunlarının hamısı ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmuşdur. Bununla yanaşı  Dərvişlər və Kürçülü kənd tam orta məktəbləri 85,7 faiz, Yengicə kənd tam orta məktəbi 84,6 faiz, Muğancıq Mehrab, Qarahəsənli və Zeyvə kənd tam orta məktəbləri 83,3 faiz, Ələkli, Qorçulu və Tumaslı kənd tam orta məktəbləri 80 faiz, Şərur şəhər 2 nömrəli tam orta məktəb 78,6 faiz, Cəlilkənd, Diyadin və Gümüşlü kənd tam orta məktəbləri isə 75 faiz qəbul verərək ən yaxşı nəticə göstərən məktəblər olmuşdur. Təhsil naziri rayonda fəaliyyət göstərən 54 məktəbdən 18 məktəbin nəticəsinin yaxşı olduğunu bildirmiş, həmin məktəblərin kollektivlərinə təşəkkür etmişdir.

Sonda Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən ötən tədris ilində keçirilən qəbul imtahanlarında ən yüksək nəticə göstərən Axura, Çəmənli, Həmzəli, Şahbulaq, Şəhriyar, Dərvişlər, Kürçülü, Yengicə, Muğancıq Mehrab, Qarahəsənli, Zeyvə, Ələkli, Qorçulu, Tumaslı, Şərur şəhər 2 nömrəli, Cəlilkənd, Diyadin və Gümüşlü kənd tam orta məktəblərinə diplomlar təqdim edilib.

Naxçıvan Muxtar Respublikası

Təhsil Nazirliyinin mətbuat xidməti


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg