
Naxçıvan Muxtar Respublikası Təhsil və Mədəniyyət nazirliklərinin birgə təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin sinifdənxaric və məktəbdənkənar fəaliyyətlərinin qiymətləndirilməsi məqsədilə “Məktəblilərin dram müsabiqəsi” keçirilir.
İlk müsabiqə 16 dekabr 2019-cu il tarixdə Naxçıvan şəhər ümumtəhsil məktəblərinin V-XI sinif şagirdlərinin iştirakı ilə keçirilmişdir. Müsabiqədə Naxçıvan Şəhər Təhsil Şöbəsinin tabeliyində olan 17 ümumtəhsil məktəbi tərəfindən “Oxunması zəruri olan kitablar”dan əsərlər, Azərbaycan və dünya ədəbiyyatından seçilmiş nümunələr əsasında hazırlanmış parçalar səhnələşdirilmiş və ya kompozisiya şəklində təqdim olunmuşdur.



16 dekabr 2019-cu il tarixdə Qarabağlar kənd 1 nömrəli tam orta məktəbin Riyaziyyat müəllimi Məmmədova Təhminə tərəfindən VI sinifdə nümunəvi dərs keçirilib. Riyaziyyat fənnindən keçirilən dərsin mövzusu “Mənfi və müsbət ədədlər” olub. Dövlət himnimizin səslənməsi ilə başlayan dərsdə mövzunu daha aydın dərk etməyə yardımçı vasitə kimi proyektor vasitəsi ilə video çarxlar və şəkillərdən istifadə edilib.