
Sədərək rayon Təhsil şöbəsi və Uşaq Gənclər Şahmat məktəbinin birgə təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikası Təhsil nazirinin 02 dekabr 2019-cu il tarixli, müvafiq əmri ilə təsdiq olunmuş 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar olaraq tədbirlər planına əsasən Sədərək rayon ümumtəhsil məktəblərində Şahmat yarışları keçirilmişdir. Yarışa başlamazdan əvvəl Sədərək rayon Təhsil şöbəsinin əməkdaşı Aqil Nağıyev Rayon Şahmat məktəbinin dərs hissə müdiri Valeh İbrahimzadə çıxış edərək şagirdlərə yarışın keçirilməsi haqqında ətraflı məlumat vermişlər.


Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil nazirlikləri və Basketbol Federasiyasının təşkilatçılığı ilə məktəblilər arasında keçirilən basketbol üzrə muxtar respublika çempionatına yekun vurulub.
