Naxçıvan Qarnizonu tam orta məktəbində noyabr ayı ərzində keçirilən tədbirlərdə fərqlənən şagirdlərin təltif olunması mərasimi keçirilib

 

Naxçıvan Qarnizonu tam orta məktəbində yaranmış ənənələrdən biri də hər ay təhsildə, sınaq imtahanlarında, “Oxunması zəruri olan kitablar”la bağlı keçirilən viktorinada, inşa yazı, şeir, dram, rəsm müsabiqələrində, eləcə də fərdi və kollektiv idman oyunlarında, intellektual yarışlarda fərqlənən şagirdlər mükafatlandırılmışdır.

Ardını oxu...

Şərur rayonunun Xələc kəndi müasirliyə qovuşdu

Naxçıvan Muxtar Respublikasında aparılan genişmiqyaslı quruculuq işləri bütün şəhər və kəndləri əhatə edir. Yeni sosial obyektlər inşa olunur, əhalinin rahat yaşayışı təmin edilir. Bu il Şərur rayonunun Xələc kəndində də geniş quruculuq işləri görülüb, kənd muxtar respublikanın abad yaşayış məntəqələri sırasına daxil olub.


Yeni məktəbdə müasir tədris şəraiti yaradılıb


Dekabrın 9-da Xələc kənd tam orta məktəbinin yeni binası istifadəyə verilib.

Ardını oxu...

“Naxçıvan” Universitetində IX sinif Azərbaycan tarixi və Ümumi tarix dərsliklərinin müzakirəsi keçirilib

“Naxçıvan” Universitetində ümumtəhsil məktəblərinin müəllimləri, universitetin professor və müəllim heyətinin iştirakı ilə IX sinif Azərbaycan tarixi və Ümumi tarix dərsliklərinin müzakirəsi olub. Əvvəlcə “Naxçıvan” Universitetinin prorektoru Hüseyn Bağırsoylu müzakirənin keçirilməsinin əhəmiyyətindən danışıb.

Naxçıvan Muxtar Respublikası Təhsil nazirinin müavini Ovni Muradov Ali Məclisin Sədri tərəfindən Təhsil Nazirliyinə ali məktəblərin professor və müəllim heyətləri ilə birlikdə yeni dərslik və dərs vəsaitlərinin müzakirəsinin təmin edilməsinin bir vəzifə olaraq tapşırıldığını bildirib. Bu məqsədlə muxtar respublikanın qabaqcıl müəllimlərinin iştirakı ilə ayrı-ayrı dərslik və dərs vəsaitlərinin müzakirəsi aparılıb.

Ardını oxu...

Məmmədəli Sidqinin pedaqoji hekayələri

 

Qədim tarixə malik Naxçıvan ədəbi-mədəni mühitinin XX əsrdə yetirdiyi görkəmli şəxsiyyətlər sırasında Məmmədəli Sidqinin (1888-1956) adı özünəməxsus yer tutur. Məşhur maarifçi Məhəmməd Tağı Sidqinin oğlu olan bu böyük ziyalının zəngin, çoxşaxəli yaradıcılığının bir istiqaməti də onun ədəbi əsərlərindən ibarətdir. Ədibin qələmindən çıxmış bədii nümunələr sırasında uşaqlar üçün yazıb “Məktəb” jurnalında dərc etdirdiyi pedaqoji hekayələr də vardır.

Ardını oxu...

Qarabağlar kənd 2 nömrəli tam orta məktəbində Naxçıvan Muxtar Respublikasının 95 illiyinə həsr olunmuş tədbir keçirilib

 

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Əsgər Qurbanov qeyd edib ki, 1924-cü il fevral ayının 9-da Naxçıvan Muxtar Respublikasının yaradılması bu qədim diyarımızın Azərbaycanın tərkib hissəsi kimi qorunub saxlanılmasına səbəb olub. Ötən dövr ərzində naxçıvanlılar bu ulu diyarın qorunub saxlanılması, inkişafı üçün  var qüvvələri ilə çalışıblar. Naxçıvan Muxtar Respublikasının hərtərəfli inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderimizin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə Naxçıvanın inkişafı, muxtariyyət statusunun möhkəmləndirilməsi, əhalisinin rifah halının yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilib.

Ardını oxu...

 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg