Heydərabad qəsəbə tam orta məktəbində tədbir keçirilmişdir

dərək rayon Heydərabad qəsəbə tam orta məktəbində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin müvafiq əmrinə  əsasən Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə rayon Təhsil şöbəsinin əməkdaşları, məktəbin  ədəbiyyat müəllimləri, eləcə də 7- 11 sinif şagirdləri iştirak etmişdir.

Ardını oxu...

“Naxçıvan -95” mövzusunda tədbir keçirilmişdi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri  cənab Vasif  Talıbovun 21 yanvar 2019-cu il tarixli 322-05/S №-li  sərəncamına əsasən “Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr  olunmuş Tədbirlər Planına” uyğun olaraq Sədərək rayon Qaraağac kənd tam orta məktəbində 04 dekabr 2019-cu il tarixində  məktəbin  şagirdləri və müəllim kollektivinin   iştirakı  ilə “Naxçıvan -95” mövzusunda tədbir  keçirilmişdir.

Ardını oxu...

Culfa şəhər 3 nömrəli tam orta məktəbində "Cəlil Məmmədquluzadənin 150 illik yubleyi" nə həsr edilmiş tədbir keçirilmişdir

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin böyük ədib "Cəlil Məmmədquluzadənin 150 illik yubleyinin keçrilməsi haqqında" 17 yanvar 2019-cu il tarixli sərəncamı qədirbilən xalqımız tərəfindən rəğbətlə qarşılanmışdı.

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri cənab Vasif Talıbovun həmin sərəncama əsasən təsdiq etdiyi tədbirlər planına uyğun olaraq, Naxçıvan Muxtar Respublikasında bütün ümumtəhsil məktəblərində olduğu kimi Culfa şəhər 3 nömrəli tam orta məktəbindədə 4 dekabr 2019 - cu il tarixində "Cəlil Məmmədquluzadənin 150 illik yubleyi" yüksək səviyyədə qeyd olunub.

Ardını oxu...

Saltaq kənd tam orta məktəbində Nəsiminin 650 illik yubileyinə həsr edilmiş tədbir keçirildi

4 dekabr 2019-cu il tarixdə Saltaq kənd tam orta məktəbində görkəmli Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr edilmiş tədbir keçirildi.

Tədbiri giriş sözü ilə məktəbin direktoru Sevinc Mustafayeva açaraq 2019-cu ilin Nəsimi ili elan olunması və onun mahiyyəti haqqında məlumat verdi. Söz məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimlərinə verildi. Müəllimlər böyük mütəfəkkirin yaradıcılığından ətraflı məlumatlar verdilər. Məktəbin VII, IX və X sinif şagirdləri Nəsiminin qəzəllərindən nümunələr söylədilər.

Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş “Naxçıvanımızı tanıyaq” bilik yarışının rayon mərhələsinin I seçim turu keçirilmişdir

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2019-cu il 21 yanvar tarixli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş Tədbir­lər Planı” təsdiq edilib. Tədbirlər Planına əsasən Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin təşkilatçılığı ilə “Naxçıvanımızı tanıyaq” mövzusunda rayon ümumtəhsil məktəblərinin şagirdləri arasında bilik yarışı təşkil edilib.

Ardını oxu...

 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg