Elbrus İsayev Naxçıvan Dövlət Universitetinin rektoru təyin edildi

 

Prezident İlham Əliyev dekabrın 3-də Elbrus İsayevin Naxçıvan Dövlət Universitetinin rektoru təyin edilməsi haqqında  Sərəncam imzalayıb.

NUHÇIXAN-ın məlumatına görə, Sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Elbrus Saleh oğlu İsayev Naxçıvan Dövlət Universitetinin rektoru təyin edilsin".

Bundan başqa, Prezidentin digər sərəncamı ilə Elbrus Saleh oğlu İsayev Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub.

Saleh Məhərrəmov Naxçıvan Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib

Prezident İlham Əliyev dekabrın 3-də Saleh Məhərrəmovun Naxçıvan Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilməsi haqqında  Sərəncam imzalayıb.

NUHÇIXAN-ın məlumatına görə, Sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Saleh Heydər oğlu Məhərrəmov Naxçıvan Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilsin".

Şagirdlər arasında bilik yarışı keçirilib

Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbdə 03 dekabr 2019-cu il tarixdə məktəb rəhbərliyinin və Biologiya laborantının təşkilatçılığı ilə Biologiya fənnindən məktəbin VII sinif şagirdləri arasında bilik yarışı keçirilmişdir. Paralel 5 sinif arasında keçirilən bilik yarışında şagirdlər 5 komandada 5 şagird olmaqla yarışıblar. Bilik yarışının keçirilməsində məqsəd şagirdlər arasında rəqabəti gücləndirmək, istedadlı şagirdləri aşkar etmək, onların istedadlarının inkişaf etdirilməsi işini səmərəli təşkil etməklə təbiət elimlərinə maraq oyatmaqdır.

Ardını oxu...

Şagirdin şəxsiyyət kimi formalaşmasında məktəbin rolu

Şəxsiyyətin formalaşmasında bildiyimiz kimi, üç mühüm amil: irsiyyət, mühit və tərbiyə əsas rol oynayır.  Təbii ki, irsiyyət və tərbiyə, eləcə də mühit və tərbiyə amillərinə yanaşı üstünlük verən pedaqoq və psixoloqlar da olmuşdur. Biz burada əsasən məktəbdə şagirdin şəxsiyyət kimi formalaşmasında tərbiyənin rolunu işıqlandırmağa cəhd edəcəyik. Ünsiyyət hər hansı fəaliyyətə nüfuz etdiyi üçün, əxlaqi əlamət isə şəxsiyyətə mənsub olduğundan, o həmişə hər yerdə: təlimdə, əməkdə, idmanda, oyunda ünsiyyəti müşayiət edir. Şagird yoldaşı ilə birlikdə dərslərini hazırlayır, oxuyur, lakin bununla yanaşı, yoldaşına kömək göstərir və onun fəaliyyət motivləri yalnız idraki deyil, həm də əxlaqidir.

Ardını oxu...

“Əli və Nino” əsərinin müzakirəsi keçirilib

Naxçıvan şəhər 11 nömrəli tam orta məktəbdə “Oxunması zəruri olan kitablar” silsiləsindən yazıçı Qurban Səidin “Əli və Nino” əsərinin müzakirəsi keçirilmişdir. Müzakirədə VII-X siniflərdən 18 şagird və məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimləri iştirak etmişdir.

İlk olaraq məktəbin direktoru İlahə Fərəcova çıxış edərək bildirmişdir ki, “Oxunması zəruri olan kitablar” siyahısına daxil edilən “Əli və Nino” azərbaycançılıq ideologiyasının yaradıcılarından biri kimi geniş şöhrət qazanmışdır.

Ardını oxu...

 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg