• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün615
mod_vvisit_counterDünən1389
mod_vvisit_counterBu həftə615
mod_vvisit_counterBu ay8228
mod_vvisit_counterÜmumi2525044

Tarix: 06 May, 2024

Naxçıvan şəhərində “Məktəblilərin dram müsabiqəsi” keçirilmişdir

Naxçıvan Muxtar Respublikası Təhsil və Mədəniyyət nazirliklərinin birgə təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin sinifdənxaric və məktəbdənkənar fəaliyyətlərinin qiymətləndirilməsi məqsədilə  “Məktəblilərin dram müsabiqəsi”  keçirilir.

İlk müsabiqə 16 dekabr 2019-cu il tarixdə Naxçıvan şəhər ümumtəhsil məktəblərinin V-XI sinif şagirdlərinin iştirakı ilə keçirilmişdir. Müsabiqədə Naxçıvan Şəhər Təhsil Şöbəsinin tabeliyində olan 17 ümumtəhsil məktəbi tərəfindən “Oxunması zəruri olan kitablar”dan əsərlər, Azərbaycan və dünya ədəbiyyatından seçilmiş nümunələr əsasında hazırlanmış parçalar səhnələşdirilmiş və ya kompozisiya şəklində təqdim olunmuşdur.

Şagirdlər tərəfindən görkəmli Azərbaycan yazıçılarının dram əsərlərindən parçaların səhnələşdirilməsi onların həmin əsərləri sadəcə oxuyub tanış olmaları deyil, hətta bunun canlı iştirakçısına çevrilməklə mövzunu fəal şəkildə mənimsəmələrinə və onların ədəbiyyata olan marağının artırılmasına, eyni zamanda şagirdlərdə yaradıcı təfəkkürün inkişafına şərait yaradır.

“Məktəblilərin dram müsabiqəsi” böyük rəğbətlə qarşılanmış, bu cür müsabiqələrin keçirilməsinin şagirdlərin həm teatr sənətinə, həm də ədəbiyyata maraqlarının artmasında, istedadlı şagirdlərin üzə çıxarılmasında böyük rol oynadığını qeyd etmişlər. Səhnəciklər münsiflər heyəti tərəfindən qiymətləndirilmişdir. Müsabiqədə I yerə 11 nömrəli tam orta məktəbin kollektivi, II yerə 17 nömrəli tam orta məktəbin kollektivi, III yerə isə 3 nömrəli tam orta məktəbin kollektivi layiq görülmüşdür. Qalib olan məktəb kollektivi Naxçıvan Şəhər Təhsil Şöbəsinin diplomları ilə təltif olunmuşdurlar.

Qeyd edək ki, birinci yerin qalibi-Naxçıvan şəhər 11 nömrəli tam orta məktəbin kollektivi 6 fevral 2020-ci il tarixdə keçiriləcək muxtar respublika mərhələsində iştirak edəcəkdir.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg