
27 dekabr 2019-cu il tarixdə Şahbuz şəhər 1 nömrəli tam orta məktəbdə "31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü" və Yeni il bayramı ilə əlaqədar rayonun ümumtəhsil məktəblərinin komandaları arasında bilik yarışı keçirildi. Yarışın keçirilməsi üçün Rayon Təhsil Şöbəsi tərəfindən əsasnamə hazırlanmış və bilik yarışı həmin əsasnaməyə uyğun keçirilmişdir. Yarışın keçirilməsində məqsəd şagirdlərə vahid ideya ətrafında birləşməyi aşılamaqdan və tariximizlə bağlı müəyyən hadisələri öyrənməkdən ibarətdir.
27 dekabr 2019-cu il tarixində Sədərək rayon Təhsil şöbəsinin təşkilatçılığı ilə Sədərək rayon Tarix Diyarşünaslıq Muzeyində açıq dərs keçirilmişdir.


