“31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı” ilə əlaqədar Kəngərli rayon ümumtəhsil məktəblərində şahmat yarışları keçirilib

20 dekabr 2019-cu il tarixdə  Kəngərli  Rayon  Təhsil  Şöbəsinin və Uşaq-gənclər şahmat məktəbinin birgə  təşkilatçılığı  ilə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin “31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı” ilə əlaqədar təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq rayon ümumtəhsil məktəblərində şahmat yarışları keçirilib.

Ardını oxu...

“Oxunması zəruri olan kitablar”la bağlı viktorina keçirildi

20 dekabr 2019-cu il tarixdə Naxçıvan şəhər ümumtəhsil məktəblərinin şagirdləri arasında “Oxunması zəruri olan kitablar”la bağlı viktorinanın şəhər mərhələsi keçirilib.

Bildiyimiz kimi bütün biliklərin və mənəvi dəyərlərin ilkin mənbəyi kitabdır. “Oxunması zəruri olan kitablar” hər bir gəncin yoluna işıq salır.

Qeyd edək ki, viktorina üçün “Oxunması zəruri olan kitablar”ın siyahısına daxil edilən ədəbiyyatımızın klassik nümunələrindən “Kitabi-Dədə Qorqud” dastanı, Azərbaycan ədəbiyyatının karifeylərindən Cəlil Məmmədquluzadənin “Hekayələr” kitabı, dünya ədəbiyyatının incilərindən Cek Londonun “Həyat eşqi” hekayəsi və Teodor Drayzerin “Dahi” romanı əsasında suallar tərtib olunub.

Ardını oxu...

Kəngərli rayon məktəbliləri arasında “Oxunması zəruri olan kitablar”la bağlı viktorina keçirilib

19 dekabr 2019-cu il tarixdə Kəngərli Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə Qıvraq qəsəbə tam orta məktəbində “Oxunması zəruri olan kitablar”la bağlı viktorinanın rayon mərhələsi keçirilib. Viktorinanın keçirilməsində məqsəd Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 28 avqust 2017-ci il tarixli “Oxunması zəruri olan kitablar haqqında” Sərəncamından irəli gələn vəzifələrin icrasını təmin etmək, tariximiz, mədəniyyətimiz və milli kimliyiiz haqqında şagirdlərə dolğun məlumat vermək, gənc nəslin həyat yolunun müəyyənləşdirilməsi və dünyagörüşünün artırılmasından ibarətdir.

Ardını oxu...

Sədərək kənd 1nömrəli tam orta məktəbdə İngilis dili fənni üzrə açıq dərs keçirildi

Sədərək  rayon  Təhsil  Şöbəsinin  təşkilatçılığı  ilə  Sədərək  kənd 1 nömrəli  tam  orta  məktəbində   açıq  dərs  keçirildi. 19  dekabr  2019 – cu  il  tarixdə  1  nömrəli  tam  orta  məktəbin  İngilis  dili  müəllimi  Qarayeva  Məhnurə  Ramiz  qızı XI sinifdə  “Customus differ”  (Adətlər  fərqlənir) mövzusunda  açıq  dərs  tədris  etdi. Dərs  məktəbin  elektron  lövhə  sinfində  yeni  təlim  metodlarına  və  buraxılış  imtahanlarının  dinləmə  bölməsinə  uyğun  hazırlanmış  slayd  dərslikdən  istifadə  olunaraq  tədris  olundu.

Ardını oxu...

Şərurda regional şahmat yarışı

Şərur rayonunda 31 dekabr “Dünya Azərbaycanlılarının Həmrəylik Günü”nə həsr edilmiş regional şahmat yarışı keçirilib.

Yarış Şərur rayon Kosacan kənd tam orta məktəbində reallaşıb. Şahmat Federasiyası rayon bölməsi və rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən birincilikdə 56 şahmatçı mübarizə aparıb.

Yekun nəticəyə əsasən komanda yarışında Siyaqut kənd tam orta məktəbi I yerin qalibi olub. Qarxun kənd tam orta məktəbi II, Kosacan kənd tam orta məktəbi isə III yerə yiyələnib.

Qaliblər təşkilatçılar tərəfindən mükafatlandırılıblar.

 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg