• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün15
mod_vvisit_counterDünən2947
mod_vvisit_counterBu həftə8021
mod_vvisit_counterBu ay3665
mod_vvisit_counterÜmumi2520481

Tarix: 03 May, 2024

Müəllimlərin işə qəbulu üçün test imtahanlarına başlanılıb

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən dövlət ümumi təhsil müəssisələrinə işə qəbul üçün noyabrın 6-sı elan edilən müsabiqənin test imtahanlarına yanvarın 9-da start verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, müsabiqəyə çıxarılan 229 vakant vəzifənin tutulması üçün 283 namizəd sənəd təqdim edib. Ən çox İbtidai sinif müəllimliyi (44), İnformatika (38), İngilis dili (33), Azərbaycan dili (29) və Fiziki tərbiyə (29) ixtisasları üzrə müraciətlər qeydiyyata alınıb.

Test imtahanında iştirakçılara ixtisas üzrə ümumi fənn proqramına uyğun 40, metodika və təlim strategiyaları üzrə 25, informasiya texnologiyaları üzrə 15 sual olmaqla 80 sual təqdim edilir. Namizədlərə test suallarıni cavablandırmaq üçün 120 dəqiqə vaxt verilir.

Qanunvericiliyə əsasən, stimullaşdırıcı tədbirlər tətbiq olunan müəssisələrə işə qəbul üçün test tapşırıqlarının 55 faizini (44 bal), digər müəssisələrə işə qəbul üçün test tapşırıqlarının 75 faizini (60 bal), təsviri incəsənət, fiziki tərbiyə fənləri üzrə işə qəbul o cümlədən, rus bölməsində müəllim işləmək üçün test tapşırıqlarının 50 faizini (40 bal) düzgün cavablandırmış namizədlər keçid balını toplamış hesab edilirlər. Vakant vəzifənin tutulması üçün müvafiq keçid balını toplamış namizədlərin sənədləri işə təyinat üçün Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinə göndəriləcəkdir.

Test imtahanlarında obyektivliyin və şəffaflığın tam təmin edilməsi məqsədilə imtahanların videoçəkilişi aparılır. İmtahan bitdikdən dərhal sonra iştirakçılara test imtahanının nəticəsinə dair arayış təqdim edilir. Test imtahanlarının nəticələri gündəlik olaraq Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın rəsmi internet portalında (www.dqmk.nmr.az) yerləşdirilir.

Test imtahanları yanvar 24-dək davam edəcək.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg