• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün27
mod_vvisit_counterDünən417
mod_vvisit_counterBu həftə444
mod_vvisit_counterBu ay45639
mod_vvisit_counterÜmumi2512904

Tarix: 29 Apr., 2024

Olimpiada qalibləri mükafatlandırılıb


Muxtar respublika fənn olimpiadasının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov çıxış edərək bildirib ki, dövlətimizin hərtərəfli diqqət və qayğısı ilə təhsil müəssisələrinin maddi-tədris bazası daha da möhkəmləndirilib, tədris prosesi günün tələbləri səviyyəsində qurulub. Fənn kabinələri, fizika, kimya, biologiya laboratoriyaları zəruri avadanlıqlarla təmin olunub. Bütün bunlar isə təhsilin səviyyəsinin yüksəldilməsinə geniş imkanlar açır. İstedadı və yaradıcı təfəkkürü ilə seçilən şagirdləri aşkar etmək istiqamətində də müxtəlif tədbirlər həyata keçirilir. Bu tədbirlər sırasında hər il muxtar respublikada keçirilən fənn olimpiadaları mühüm əhəmiyyət kəsb edir.

Diqqətə çatdırılıb ki, olimpiadaların keçirilməsində məqsəd xüsusi istedadlı uşaqların üzə çıxarılması, şagirdlərdə fənlərə olan marağın artırılması, onların sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə və peşə seçiminə hazır­lanmasına zəmin yaradılmasından ibarətdir. Məktəblilərin muxtar respublika fənn olimpiadalarının keçirilməsi onların respublika fənn olimpiadalarına hazırlığında və yüksək nəticələr qazanmağında mühüm əhəmiyyətə malikdir. Fənn olimpiadalarının yekunlarına görə şagirdlərin əldə etdikləri nəticələr müvafiq fənn müəllimlərinin, eləcə də məktəbin fəaliyyətinin qiymətləndirilməsində əsas meyarlardan biri kimi nəzərə alınır.

Nazir qeyd edib ki, məktəblilərin muxtar respublika fənn olimpiadası iki mərhələdə keçirilib. IX-XI sinif şagirdləri arasında Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, informatika, tarix, coğrafiya fənləri üzrə olimpiadanın I şəhər və rayon mərhələsində 693 şagird öz biliyini sınayıb, onlardan 225-i yüksək nəticə göstərərək final mərhələsində iştirak etmək hüququ qazanıb. Nəticələrə əsasən dekabrın 21-də keçirilən olimpiadanın final mərhələsində, ümumilikdə, 59 şagird I, II və III yerlərin qalibi olub.

Bununla yanaşı noyabrın 16-da   muxtar respublikada ilk dəfə olaraq VII, VIII və IX sinif şagirdləri üçün Beynəlxalq Riyaziyyat Olimpiadası keçirilmişdir. Olimpiadanın nəticələri uğurlu olub, dünyanın 70-dən çox ölkəsində keçirilən olimpiadada muxtar respublika məktəblilərindən 139-u iştirak etmişdir. Olimpiada iştirakçılarından 14-ü mart ayında keçiriləcək final mərhələsində iştirak etmək hüququ əldə etmişdir.  Finalçılardan 3-ü daha yüksək nəticə əldə edərək, ölkə üzrə bütün iştirakçıların  ilk 5 faizinin sırasına daxil olduğundan xüsusi sertifikata layiq görülmüşlər. Olimpiadada ölkə üzrə 7 məktəb ən yüksək nəticə göstərmişdir ki, onlardan 3-ü muxtar respublikanın payına düşür. Həmin məktəblər- Heydər Əliyev adına tam orta məktəb, Naxçıvan Qarnizonu tam orta məktəbi və Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Lisey, eyni zamanda şagirdləri yüksək nəticə göstərən 3 müəllim təşkilatçılar tərəfindən xüsusi sertifikata layiq görülmüşdür. Tədbirdə Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyin riyaziyyat müəllimi Günay Ağayeva, Heydər Əliyev adına Hərbi Liseyin kursantı Tapdıq Abbasov çıxış edərək istedadlı şagirdlərin aşkara çıxarılması üçün yaratdığı şəraitə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlıq bildirmişlər.

Sonda qaliblərə diplom, sertifikat və hədiyyələr təqdim olunub. Tədbirdə şagirdlərlə yanaşı, ən yaxşı nəticə göstərən Heydər Əliyev adına tam orta məktəb, Fizika-Riyaziyyat Təmayüllü Lisey, Heydər Əliyev adına Hərbi Lisey, Naxçıvan Qarnizonu tam orta məktəbi, eyni zamanda şagirdlərin olimpiadaya hazırlanmasında fəal iştirak edən bir qrup müəllim də  mükafatlandırılıb.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg