
AMEA-nın Naxçıvan Bölməsində muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri üçün “Naxçıvan Muxtar Respublikası müstəqillik illərində (1995-2019-cu illər)” mövzusunda interaktiv açıq dərs keçirilib.
Bölmənin sədri, akademik İsmayıl Hacıyevin apardığı dərsdə şagirdlərə Naxçıvan Muxtar Respublikasında 1995-2019-cu illərdə geniş vüsət alan tikinti, quruculuq, abadlıq və digər sahələrdə aparılan işlər barədə ətraflı məlumat verilib.

14 yanvar 2020-ci il tarixdə Naxçıvan Şahmat Federasiyası və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə Sədərək rayonunda ümumtəhsil məktəblərindən Sədərək kənd 1 nömrəli, Sədərək kənd 2 nömrəli, Heydərabad və Qarağac kənd tam orta məktəblərinin şagirdləri arasında internet üzərindən canlı Şahmat yarışı təşkil edilmişdir.
13 yanvar 2020-ci il tarixində Sədərək rayon Təhsil şöbəsinin tədbirlər planına əsasən Sədərək ve Şərur rayon Uşaq Gənclər İdman məktəblərinin voleybol bölmələrinin (oqlan və qızları) arasında Şərur rayon olimpiya idman kompleksində yoldaşlıq görüşü kecirilmişdir. Oqlanlar arasında 3-0 hesabı ilə Şərur rayon komandasi, qizlar arasinda 2-1 hesabı ilə isə Sədərək rayonunun komandası qalib olmuşdur.
Nazirlər Kabineti Azərbaycan Respublikasının "Ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul Qaydaları”nda dəyişiklik edib. 