Naxçıvan Dövlət Xalça Muzeyində növbəti açıq dərs keçirilmişdir

25 dekabr 2019-cu il tarixdə  Naxçıvan Dövlət Xalça Muzeyində Naxçıvan Qızlar Liseyi və Naxçıvan şəhər 4, 5, 6 və 7 nömrəli tam orta məktəblərin şagirdlərinin iştirakı ilə “Xalqımızın qədim ənənəsi-Xalçaçılıq” mövzusunda 5 nömrəli tam orta məktəbin tarix müəllimi Hacıyeva Səadət açıq dərs  keçmişdir.


Ardını oxu...

“Oxunması zəruri olan kitablar”a dair viktorinalar davam edir

Təhsil Nazirliyi tərəfindən şagirdlərin elmi-kütləvi və bədii ədəbiyyat nümunələrinin oxusuna təşviq edilməsi, onlarda mütaliə vərdişləri və mədəniyyətinin yaradılması istiqamətində davamlı tədbirlər həyata keçirilir. Belə tədbirlərdən biri də noyabr ayında start verilən “Oxunması zəruri olan kitablar”a dair viktorinalardır. Cek Londonun “Həyat eşqi” hekayəsi, Cəlil Məmmədquluzadə­nin “Hekayələr”i, “Kitabi-Dədə Qorqud” dastanı və Teodor Drayzerin “Dahi” romanına həsr edilmiş ikinci viktorinanın dekabrın 26-da final mərhələsi keçirilmişdir.

Ardını oxu...

Beş və altı günlük iş həftəsi olan məktəblərdə dərs qrafiki müəyyənləşib

Azərbaycanda beş və altı günlük iş həftəsi olan məktəblərdə dərs qrafiki müəyyənləşib. Təqvimdə edilən dəyişikliklərə əsasən, dekabrın 28-i və 29-nun dərs qrafiki aşağıdakı qaydada təyin edilib.

Belə ki, 5 günlük iş həftəsi olan məktəblərdə dekabrın 28-i gələn il yanvarın 3-də keçirilməsi nəzərdə tutulan dərslər keçiriləcək. Dekabrın 29-da isə yanvarın 6-da olan dərs qrafiki tətbiq olunacaq.

Bundan başqa, 6 günlük iş həftəsi olan məktəblərdə dekabrın 29-da gələn ilin yanvar ayının 3-də olan dərslər keçiriləcək. Yanvarın 4-ü və 6-da  dərs günüdür.

Xatırladaq ki, Nazirlər Kabinetinin qərarına əsasən, iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədilə 28 və 29 dekabr istirahət günləri ilə 2020-ci ilin 3 və 6 yanvar iş günlərinin yeri dəyişdirilib.

Sədərək rayonunda məktəblilərin dram müsabiqəsinin rayon mərhələsi keçirilib

25 dekabr 2019-cu il tarixdə Sədərək rayon Təhsil şöbəsinin təşkilatçılığı ilə rayon Mədəniyyət sarayında Məktəblilərin dram müsabiqəsi keçirilmişdir. Məktəblilərin dram müsabiqəsi Azərbaycan və dünya xalqlarının şifahi xalq ədəbiyyatının, klassik və müasir ədəbiyyatın, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Cənab Vasif Talıbovun təsdiq etdiyi “Oxunması zəruri olan kitablar”ın siyahısında olan əsərlərin məktəblilər arasında təbliği, məktəblilərin maraq və bacarıqlarının, intellektual səviyyədə yaradıcı qabiliyyətilərinin aşkarlanması, müxtəlif məktəbdənkənar istiqamətlər üzrə aktiv yaradıcılıq fəaliyyətinə cəlb olunması ilə şəxsi keyfiyyətlərinin sistemli inkişafı, ümumtəhsil məktəblərinin müvafiq sahələr üzrə sinifdənxaric və məktəbdənkənar fəaliyyətlərinin qiymətləndirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Təhsil və Mədəniyyət Nazirliklərinin birgə təşkilatçılığı ilə Təhsil nazirinin  müvafiq nömrəli  məktubuna  əsasən  cari tədris ilində ümumtəhsil məktəblərində dram müsabiqələri keçirilir.

Ardını oxu...

Culfa Rayonunda Tempo turnir keçirilmişdir

25 dekabr 2019-cu il  tarixdə Culfa Rayon Uşaq Gənclər Şahmat İdman Məktəbində "31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü" və Yeni il bayramı ilə əlaqədar Tempo turnir keçirilmişdir. Turnir Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının Culfa Rayon bölməsi, Culfa Rayon Təhsil Şöbəsi, Culfa Rayon Gənclər və İdman İdarəsi  ilə birgə keçirilmişdir. Yarışda rayon sakinləri və ümumitəhsil məktəblərinin şahmat müəllimləri və şahmatçı şagirdləri iştirak etmişlər.

Ardını oxu...

 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg