• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün2540
mod_vvisit_counterDünən703
mod_vvisit_counterBu həftə7182
mod_vvisit_counterBu ay3243
mod_vvisit_counterÜmumi2520059

Tarix: 02 May, 2024

Məktəblilərə “Orta əsr memarlıq inciləri: Əcəmi Naxçıvani və Naxçıvan abidələri” mövzusunda məlumat verilib

09 yanvar 2020-ci il tarixdə “Xan Sarayı” Dövlət-Tarix Memarlıq Kompleksində 13 nömrəli tam orta məktəbin şagirdlərinin  iştirakı ilə “Orta əsr memarlıq inciləri: Əcəmi Naxçıvani və Naxçıvan abidələri” mövzusunda Naxçıvan Şəhər Təhsil Şöbəsinin metodisti, 13 nömrəli tam orta məktəbin tarix müəllimi İbrahimova Təhminə açıq dərs keçmişdir. Açıq dərsdə qeyd olunmuşdur ki, Azərbaycanın  tarixində mühüm  yeri olan Naxçıvan qədim abidələrlə zəngindir.

Xalqımızın zəngin keçmişini, mədəniyyətini, adət-ənənələrini özündə yaşadan  abidələr mövcudur. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan ərazisində ilk insanların yaşadıqları mağaralara, qədim yaşayış yerlərinə, möhtəşəm qala divarlarına, qayaüstü rəsmlərə, daş qoç heykəllərə və ən mükəmməl memarlıq incilərinə rast gəlmək olar. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev demişdir: “Naxçıvan Azərbaycan xalqının tarixini əks etdirən abidələri özündə cəmləşdirən bir diyardır”. Tədiqatlarda göstərir ki, hələ eramızdan əvvəl Naxçıvan ərazisində ulu əcdadlarımız yaşamışdır. Onların özlərindən sonra qoyub getdikləri abidələr bu gündə qalmaqdadır. Muxtar Respublika ərazisində olan 1200- dən çox qədim tarixi abidə xalqımızın zəngin mədəni irsindən xəbər verir. Naxçıvan memarlıq məktəbi öz dövrünün ən yüksək nailiyyəti olmaq etibarı ilə Azərbaycan mədəniyyətinin qızıl fonduna daxil olub.

Əcəmi Naxçıvani memarlıq məktəbinin banisi və ən görkəmli nümayəndəsi olmaqla Qərb ölkələrində bu sənətin   tanınmadığı bir dövrdə Şərq aləmində bir sıra şah əsərlərin müəllifi kimi tanınıb. Əcəminin şah əsəri olan Mömünə Xatın türbəsi dövrümüzə çatmış, bu gündə orta əsrlər Naxçıvan şəhərinin əzəmətini əks etdirir.

Bu türbəni Naxçıvanın Tac-Mahalı da adlandırırlar. Türbə təkcə Azərbaycanda deyil, islam dünyasında ən uca və incə kompozisiyalı abidələrdən sayılır.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg