“Muxtariyyət Kuboku” uğrunda məktəblilər arasında keçirilən intellektual yarışın qalibləri məlum olub

Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun təşkilatçılığı ilə muxtar respublikanın 9-11-ci sinif şagirdləri arasında keçirilən “İnteqrasiya” inteqrativ-intellektual oyunu üzrə “Muxtariyyət kuboku” yarışının final mərhələsi Naxçıvan şəhərindəki Gənclər Mərkəzində baş tutub.

Bu münasibətlə təşkil olunan tədbirdə çıxış edən Gənclər Fondunun əməkdaşı Arzu Qasımov bildirib ki, “Muxtariyyət kuboku” yarışının artıq 4 aydır ki, muxtar respublika məktəbliləri arasında seçmə mərhələləri keçirilib. Bu gün isə seçilmiş Naxçıvan şəhər və muxtar respublika rayonlarının fərqlənən komandaları final mərhələsində mübarizə aparırlar.

Ardını oxu...

31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar rəsm müsabiqəsi keçirilib

31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş “Tədbirlər Planı”nın icrası məqsədilə dekabr ayı ərzində muxtar respublikanın şəhər və rayon ümumtəhsil məktəblərinin şagirdləri arasında silsilə tədbirlər həyata keçirilir. Bu tədbirlərdən biri də dekabrın 18-də Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin dərnək üzvləri arasında keçirilən rəsm müsabiqəsidir.

Ardını oxu...

"Oxunması zəruri olan kitablar"la bağlı viktorina keçirildi

18 dekabr 2019-cu il tarixdə Kolanı kənd tam orta məktəbində Kolanı, Aşağı Qışlaq, Yuxarı Qışlaq, Biçənək, Gömür və Ağbulaq kənd tam orta məktəbinin IX –XI sinif şagirdləri arasında “Oxunması zəruri olan kitablar”dan “Kitabi Dədə-Qorqud” dastanına, Cəlil Məmmədquluzadənin “Hekayələr”, Teodor Drazerin “Dahi” romanına və Cek Londonun “Həyat eşqi” hekayəsinə aid viktorina keçirildi. Viktorinanın keçirilməsində məqsəd şagirdlərdə mütaliə mədəniyyətinin formalaşdırılması, dünyagörüşünün artırılması, onlara tariximiz, mədəniyyətimiz milli mənsubiyyətimiz haqqında dolğun məlumat veməkdən ibarətdir. Keçirilən viktorinanın yekun nəticəsinə görə Kolanı kənd tam orta məktəbinin komandası birinci yeri tutmuşdur.

Birinci yerə çıxmış komanda Naxçıvan şəhərində keçirilən viktorinada Şahbuz rayonunu təmsil edəcəkdir.

Balacaların əl işlərinin sərgi-müsabiqəsi təşkil olunub

Ustad dərslərində iştirak edən şagirdlərin, həmçinin yaradıcı uşaqların rəsm və əl işlərindən ibarət “Balaca İstedadlar” adlı sərgi-müsabiqə təşkil olunub.

Sərgi-müsabiqədə muxtar respublikada fəaliyyət göstərən 17 müəssisədən 95 uşağın 200-ə yaxın əl işi sərgilənib.

Tədbirdə iştirak edən Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva, Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova və Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov bu ilin yanvar ayından məktəblərdə və mərkəzlərdə tədris olunan ustad dərslərin balaca rəssamların yaradıcılığına təsiri və bu sənətə marağından danışıblar. Qeyd edilib ki, məktəbdənkənar dərnəklər və belə ustad dərsləri uşaqlarda dünyagörüşü formalaşdırır, onların gələcəkdə nümunəvi və yaradıcı insan kimi yetişməsində mühüm rol oynayır.

Ardını oxu...

Naxçıvan Qarnizonu tam orta məktəbində Naxçıvan Muxtar Respublikasının yaranmasının 95 illik yubileyinə həsr olunan tədbir keçirilib

Naxçıvan Qarnizonu Təlim-Tədris Mərkəzində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 21 yanvar 2019-cu il tarixində təsdiq etdiyi “Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş Tədbirlər Planı”na əsasən Naxçıvan Qarnizonu tam orta məktəbinin “Naxçıvan-95”adlı tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə açılıb.

Ardını oxu...

 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg