Muxtar respublika çempionatına yekun vurulub

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil nazirlikləri və Basketbol Federasiyasının təşkilatçılığı ilə məktəblilər arasında keçirilən basketbol üzrə muxtar respublika çempionatına yekun vurulub.

Birinciliyin keçirilməsində əsas məqsəd məktəblilərin fiziki sağlamlığının və idman vərdişlərinin artırılması, ümumtəhsil məktəblərinin idman sahəsində sinifdənxaric və məktəbdənkənar fəaliyyətlərinin qiymətləndirilməsi, məktəblilər arasında idman və dostluq əlaqələrinin möhkəmləndirilməsi və onların asudə vaxtlarının səmərəli təşkilidir.

Ardını oxu...

Məktəblilərin muxtar respublika fənn olimpiadasının final turu keçirilmişdir

 

Dekabrın 21-də Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbdə məktəblilərin fənn olimpiadasının muxtar respublika final turu keçirilmişdir.

Fənn olimpiadalarının keçirilməsində əsas məqsəd şagirdlərdə biliklərə marağı artırmaq və özünə inam hislərini gücləndirmək, ayrı-ayrı fənlər üzrə istedadı və yaradıcı təfəkkürü ilə fərqlənənləri aşkar etmək, şagirdlərin ixtisas və peşə seçiminə hazırlanmasına dəstək olmaqdan ibarətdir.

Ardını oxu...

İntellektual oyun keçirilmişdir

Naxçıvan şəhər  2 nömrəli tam orta məktəbdə 20 dekabr 2019-cu il tarixdə Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş “Doğma diyarım” adlı intellektual oyun keçirilmişdir.

Oyunun keçirilməsində əsas məqsəd Naxçıvan Muxtar Respublikasının mədəniyyətini, tarixini, ərazisini məktəblilərə aşılamaq,  dünyagörüşünü stimullaşdırmaq, bacarıq və istedadlarını üzə çıxarmaq,  eyni zamanda onları  intellektual fəaliyyətə cəlb etməkdən ibarətdir.

Ardını oxu...

Zəka sahibləri üçün interaktiv məşğələ keçirilib


Muxtar respublikada bütün sahələrlə yanaşı zəka idman növü olan şahmatın da inkişafı daim diqqət mərkəzindədir. Göstərilən dövlət qayğısı sayəsində şahmatın yeni mərhələdə inkişafına geniş imkanlar açılır. Bütün rayonlarda yeni müasir standartlara cavab verən şahmat məktəblərinin inşa olunaraq yeniyetmə və gənclərin, yeni kitabların nəşr olunaraq müəllim və şahmatçıların ixtiyarına verilməsi və müasir tipli şahmat məktəblərində keçirilən interaktiv dərslərin təşkili şahmata olan marağının daha da artmasına, bu sahədə mütəxəssislərin hazırlanmasına geniş imkanlar açır.

Ardını oxu...

Dərsliklərin müzakirəsi davam etdirilir

20 dekabr 2019-cu il tarixdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Dövlət Universitetində ümumtəhsil məktəblərinin müəllimləri, Universitetin professor və müəllim heyətinin iştirakı ilə IX sinif Fizika dərsliyinin müzakirəsi keçirilmişdir. Müzakirədə iştirak edən Naxçıvan Muxtar Respublikası təhsil nazirinin müavini Ovni Muradov çıxış edərək muxtar respublikada təhsilə göstərilən dövlət qayğısı və tədrisin yüksəldilməsi üçün həyata keçirilən tədbirlərdən danışmışdır.

Ardını oxu...

 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg