• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün818
mod_vvisit_counterDünən1100
mod_vvisit_counterBu həftə9507
mod_vvisit_counterBu ay5568
mod_vvisit_counterÜmumi2522384

Tarix: 04 May, 2024

Təhsil Nazirliyində ilin yekunları müzakirə olunmuşdur

Yanvarın 8-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində “2019-ci ilin yekunları və qarşıda duran vəzifələr”ə dair kollegiya iclası keçirilmişdir.

Kollegiya iclasında Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov məruzə edərək bildirmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində təhsil müəssisələrinin maddi-tədris bazasının möhkəmləndirilməsi sahəsində işlər 2019-cu ildə də davam etdirilmişdir. Ötən müddət ərzində Naxçıvan şəhərində 5 nömrəli, Şərur rayonunda Muğanlı, Kərimbəyli, Xələc, Yeni Havuş, Babək rayonunda Kültəpə, Gülşən­abad, Ordubad rayonunda Dəstə, Şahbuz rayonunda Türkeş, Kəngərli rayonunda Böyükdüz kənd tam orta məktəbləri üçün binalar tikilərək və ya əsaslı şəkildə yenidənqurularaq istifadəyə verilmişdir. Hazırda Şərur rayonunda Muğancıq Mehrab, Ordubad rayonunda isə Vənənd kənd tam orta məktəbləri üçün binaların tikintisi və ya yenidənqurulması davam etdirilir.

Təhsilə dövlət qayğısı təkcə məktəb tikintisi ilə yekunlaşmamış, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikası dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqqının artırılması haqqında” 20 iyun 2019-cu il tarixli Sərəncamı ilə bu kateqoriyadan olan 7 mindən çox müəllimin əmək haqqı sentyabrın 1-dən 20 faiz artırılmışdır.

Təhsilin inkişafında xidmətlərinə görə 5 müəllim “Azərbaycan Respublikasının Əməkdar müəllimi”, 6 müəllim “Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi” fəxri adına layiq görülmüş, 4 müəllim “Tərəqqi” medalı ilə təltif olunmuş, 1 gənc müəllim Prezident mükafatına layiq görülmüş, təhsil, idman və incəsənət sahəsində fərqlənən 3 şagird Ali Məclis Sədrinin xüsusi aylıq təqaüdünə layiq görülmüş, onların adı Gənc istedadların Qızıl kitabına yazılmışdır.

Rəhman Məmmədov qeyd etmişdir ki, təhsilə göstərilən dövlət qayğısı tədrisin yüksək səviyyədə təşkili üçün geniş imkanlar açmışdır. Yaradılan şəraitin nəticəsidir ki, hesabat dövründə 487 müəllim şahmat fənnini tədris etmək üçün sertifikatla təmin olunmuş, 170 gənc müəllim, 56 gənc kadr vakant vəzifələrə təyin olunmuş, əvvəlki illərdə keçirilən diaqnostik qiymətləndirmədə üzürlü səbəbdən iştirak etməyən və ya imtahanlarda keçərli bal toplaya bilməyən  müəllimlər  diqanostik qiymətləndirməyə cəlb edilmiş, müəllimlər  üçün ixtisasartırma kursları təşkil edilmişdir.

“Pillə-pillə”, “Debütdə buraxılmış səhvlərə aid 1000 oyun” və “Naxçıvan tarixi” dərslikləri hazırlanmış, Nazirliyin yeni saytı istifadəyə verilmiş, təhsilin aktual problemlərinə həsr olunmuş konfranslar keçirilmiş, “Sabahın müəllimi”, “Sabahın tədqiqatçıları”, “Dərsdən sonra” layihələrinə start verilmiş, ali məktəblərdə dərsliklərin müzakirəsi aparılmış, dərsliklərin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanmışdır. 2019-cu ildə ümumtəhsil məktəblərində mütaliə mədəniyyətinin formalaşdırılması məqsədilə “Mütaliə aylığı” və “Dram müsabiqəsi” keçirilmiş, “Tariximizi qoruyaq və yaşadaq” aksiyasında 400-dən artıq maddi-mədəniyyət nümunələri toplanmış, Heydər Əliyev Uşaq Gənclər Yaradıcılıq Mərkəzində 12 adda innovativ dərnək yaradılmış, muxtar respublika, respublika və beynəlxalq səviyyəli olimpiadalar keçirilmiş, inşa yazı və şeir müsabiqələri təşkil edilmiş, “Vətənpərvərlik” mövzusunda açıq dərslər keçirilmiş, şagirdlərin hərbi hissələrə tanışlıq ekskursiyaları təşkil edilmişdir.

Təhsil naziri qeyd etmişdir ki, muxtar respublika təhsilinə göstərilən dövlət qayğısı nəticəsiz qalmamış, uğurlu nəticələr əldə edilmiş, 2019-cu ilin məzunlarından 1720-si ali, 244-ü isə orta ixtisas təhsili müəssisələrinə qəbul olmuşdur. Ali məktəblərə qəbul olanlardan 1192-si ixtisas seçimi zamanı muxtar respublikanın ali təhsil müəssisələrinə üstünlük veriblər. 281 məzun qəbul imtahanlarında 500-700 arası bal toplamış, onlardan  4-ü Prezident təqaüdünə layiq görülmüşdür.  Bununla yanaşı, hesabat dövründə 58 şagird muxtar respublika, 25 şagird respublika fənn olimpiadalarının qalibi olmuş, 14 şagird isə beynəlxalq riyaziyyat olimpiadasında finala vəsiqə qazanmışdır. Məzunlardan 13-ü qızıl, 16-sı gümüş medala, 45-i isə fərqlənmə attestatına, ümumi orta təhsil səviyyəsi üzrə isə 69 məzun fərqlənmə attestatına layiq görülmüşdür.

Sonra məruzə ətrafında Təhsil Nazirliyi Aparatının şöbə müdiri Abdulla Əsgərovun, Babək Rayon Təhsil Şöbəsinin müdiri Həsən Zeynalovun, Şahbuz Rayon Təhsil Şöbəsinin müdiri Araz Məmmədov, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin direktoru Murad Babayevin, Ordubad Texniki-Peşə və Sürücülük məktəbinin direktoru Nicat Rzayevin çıxışları dinlənilmişdir.

Təhsil naziri Rəhman Məmmədov kollegiya iclasında yekun vuraraq bildirmişdir ki, Təhsil Nazirliyi 2020-ci ildə təhsil müəssisələrində tədrisin səmərəliliyinin və keyfiyyətinin yüksəldilməsi, müəllimlərin peşə bacarıqlarının artırılması, təcrübə mübadilələrinin təşkili, fənn kurikulumlarının tətbiqi, məktəbin idarə edilməsi, məktəbdaxili nəzarətin təşkili, məktəb sənədlərinin işlənməsi, interaktiv dərslərin təşkili, laboratoriyalardan, elektron lövhələrdən səmərəli istifadə, istedadlı şagirdlərin üzə çıxarılması, innovativ dərnəklərin yaradılması istiqamətində fəaliyyətini gücləndirəcəkdir.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg