• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün514
mod_vvisit_counterDünən1452
mod_vvisit_counterBu həftə7043
mod_vvisit_counterBu ay30872
mod_vvisit_counterÜmumi2498137

Tarix: 20 Apr., 2024

Heydər Əliyev adına tam orta məktəbdə “20 Yanvar-Qəhrəmanlıq tariximiz” mövzusunda tədbir keçirilmişdir

 

Yanvarın 17-də Heydər Əliyev adına tam orta məktəbdə 20 Yanvar hadisəsinin 30-cu ildönümü münasibətilə “20 Yanvar-Qəhrəmanlıq tariximiz” mövzusunda tədbir keçirilmişdir.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlamış və 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Sonra aparıcılar tərəfindən bu şanlı günün Azərbaycan xalqının həyatında dönüş mərhələsi, dönüş nöqtəsi olması qeyd olunmuş və bu günün tarixi barədə geniş məlumatlar verilmişdir. Milli azadlıq hərəkatımıza edilən qəsdin-20 Yanvar faciəsinin əsl mahiyyəti məhz Heydər Əliyevin düzgün siyasətinin nəticəsində xalqa çatdırıldığı, nə silah, nə də tankların xalqın əzmini sındıra bilmədiyi, 20 Yanvarın Azərbaycan xalqının birlik və qəhrəmanlıq tarixi olaraq yaddaşımıza yazıldığı şagirdlərə çatdırılmışdır.

Qeyd olunmuşdur ki, Azərbaycan xalqının milli azadlıq hərəkatına və müstəqillik tarixinə “20 Yanvar” hadisəsi şanlı səhifə kimi daxil olub. Bu hadisəni Azərbaycan tarixinə milli əsarətə, qətliama qarşı mübarizə günü kimi yazan qəhrəman şəhidlərimiz milyonlara fədakarlıq dərsi keçdilər. 1990-cı ilin yanvar hadisələri zamanı həlak olmuş qəhrəman Vətən övladlarının xatirəsi hər bir həmvətənimiz üçün əzizdir. Bu tarixin yaxşı öyrənilməsi bugünkü gəncliyin Azərbaycançılıq ruhunda tərbiyə olunmasının əsas qayəsinə çevrilməlidir.

Azərbaycan xalqının yenilməzliyini əks etdirən bu tarixi günə həsr olunmuş tədbirdə şagirdlər tərəfindən qəhrəmanlıq mövzusunda mahnılar ifa olunmuş, kamançanın müşayiəti ilə şeirlər bədii qiraət olunmuş və slayd nümayiş olunmuşdur. Tədbirin keçirildiyi müddətdə bir neçə şagird tərəfindən mövzuya uyğun rəsm əsərləri çəkilmişdir.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg