• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün2034
mod_vvisit_counterDünən703
mod_vvisit_counterBu həftə6676
mod_vvisit_counterBu ay2737
mod_vvisit_counterÜmumi2519553

Tarix: 02 May, 2024

“20 Yanvar – Azərbaycan xalqının hünər və qeyrət tarixidir” devizi altında şahmat üzrə komanda birinciliyi keçirilib

17 yanvar 2020-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının Kəngərli Rayon Bölməsinin, Kəngərli Rayon Təhsil Şöbəsinin və Uşaq-gənclər şahmat məktəbinin birgə təşkilatçılığı ilə rayon ümumtəhsil məktəbləri arasında “20 Yanvar – Azərbaycan xalqının hünər və qeyrət tarixidir” devizi altında şahmat üzrə komanda  birinciliyi keçirilib.

Yarış başlamazdan əvvəl Uşaq-gənclər şahmat məktəbinin direktoru Əli Hüseynzadə çıxış edərək bildirib ki, 20 yanvar hadisəsi xalqımızın Vətənə, torpağa sədaqətini, azadlıq, müstəqillik uğrunda mübarizəsini bütün dünyaya göstərən tariximizin şərəfli bir səhifəsi, qəhrəmanlıq salnaməsidir.

Vurğulanıb ki, ümummilli lider Heydər Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini daim əziz tutaraq onların adlarının əbədiləşdirilməsi ilə bağlı bir sıra fərman və sərəncamlar imzalayıb, məhz ulu öndərin müvafiq Sərəncamı ilə 20 yanvar Ümumxalq Hüzn Günü elan olunub.

 

Qeyd olunub ki, yarışın keçirilməsində əsas məqsəd şəhidlərin xatirəsini əbədiləşdirmək, məktəblilərdə vətənə, xalqa məhəbbət hissini aşılamaq, Kəngərli rayon məktəbliləri arasından bacarıqlı və istedadlı şahmatçıları üzə çıxarmaq, şahmat oyununu məktəblilər arasında daha da kütləviləşdirmək, şahmatçılar arasında idman və dostluq əlaqələrini inkişaf etdirməkdən ibarətdir.

Rayonun ümumtəhsil məktəblərinin hər biri komanda birinciliyində 4 oğlan və 2 qızla təmsil olunub. 72 şagirdin iştirak etdiyi yarış dairəvi sistem üzrə keçirilib.

Yarışın yekun nəticələrinə əsasən, Qıvraq qəsəbə tam orta məktəbinin komandası I, Xok kənd tam orta məktəbinin komandası  II, Qarabağlar kənd 2№-li tam orta məktəbin komandası isə III yerə layiq görülüb.

Şahmat yarışının qalibləri təşkilatçılar tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg