• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün196
mod_vvisit_counterDünən1452
mod_vvisit_counterBu həftə6725
mod_vvisit_counterBu ay30554
mod_vvisit_counterÜmumi2497819

Tarix: 20 Apr., 2024

Müəllim işləmək istəyənlərin 131 nəfəri keçid balını toplaya bilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən dövlət ümumi təhsil müəssisələrinə işə qəbul üçün noyabrın 6-da elan edilən müsabiqənin test imtahanları yanvarın 9-dan 24-dək keçirilib. Müəllimlərin işə qəbulu üçün elan olunmuş müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirən və dövlət nümunəli təhsil sənədi alan, habelə xarici ölkədə aldığı təhsil sənədi qanunvericiliklə müəyyən edilmiş qaydada tanınan muxtar respublikada yaşayan Azərbaycan Respublikasının vətəndaşları iştirak ediblər.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, ən çox müsabiqə vəziyyəti İbtidai sinif müəllimliyi (44), İnformatika (38), İngilis dili (33), Azərbaycan dili (29) və Fiziki tərbiyə (29) ixtisasları üzrə qeydiyyata alınıb.

Müsabiqəyə 229 vakant vəzifə çıxarılıb, 130 vəzifənin tutulması üçün 283 nəfər sənəd təqdim edib. Test imtahanlarında 266 namizəd iştirak edib, 131 nəfər müvafiq keçid balını toplayıb.

Müvafiq keçid balını toplamış namizədlərin sənədləri təyinat üçün Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinə göndəriləcək.

Test imtahanlarında obyektivliyin və şəffaflığın tam təmin edilməsi məqsədilə imtahanların videoçəkilişi aparılıb. İmtahanı bitdikdən dərhal sonra iştirakçılara test imtahanının nəticəsinə dair arayış təqdim edilib.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg