• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün206
mod_vvisit_counterDünən2947
mod_vvisit_counterBu həftə7795
mod_vvisit_counterBu ay3856
mod_vvisit_counterÜmumi2520672

Tarix: 03 May, 2024

“Oxunması zəruri olan kitablar”a dair növbəti viktorina keçirilmişdir

 

Şagirdlərin mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün və bilik dairəsinin genişlənməsində, məntiqi təfəkkürünün, idraki bacarıqlarının inkişafında rolu nəzərə alınaraq ümumtəhsil məktəblərində oxunması zəruri olan kitabların mütaliəsi diqqətdə saxlanılır.

Mütaliənin milli-mənəvi və ümumbəşəri dəyərlərin təşəkkülündə müstəsna rolunu nəzərə alaraq şagirdlərin elmi-kütləvi və bədii ədəbiyyat nümunələrinin oxusuna təşviq edilməsi, onlarda mütaliə vərdişləri və mədəniyyətinin yaradılması istiqamətində davamlı tədbirlər həyata keçirilir. Belə tədbirlərdən biri də Təhsil Nazirliyinin təşkilatçılığı ilə noyabr ayında start verilən “Oxunması zəruri olan kitablar”a dair viktorinalardır.

 

Növbəti viktorina "Atalar sözü" (Azərbaycan xalq ədəbiyyatı), Nəsrəddin Tusinin "Əxlaqi-Nasiri", Ernest Heminqueyin "Qoca və dəniz" povesti və "İslamda müdrik kəlamlar"a həsr edilmişdir.

Viktorinada Şəhər və Rayon Təhsil şöbələri və Təhsil Nazirliyinə birbaşa tabe məktəblər üzrə 12 komanda iştirak etmişdir ki, hər komandanın tərkibi ümumtəhsil məktəblərinin 4 nəfər IX-XI sinif şagirdlərindən ibarət olmuşdur.

Püşkatma yolu ilə hər birində 4 komandanın iştirak etdiyi 3 tur keçirilmişdir. Turun hər raundunda komandalardan bir şagird iştirak etmiş və onlara hər biri 100 bal dəyərində olan beş sual ünvanlanmışdır. Hər sualın cavablandırılması üçün iştirakçılara bir dəqiqə vaxt verilmişdir.

Turların qalibləri final turunda qarşılaşıblar. Final turunun nəticələrinə uyğun olaraq Naxçıvan Qarnizonu tam orta məktəbin komandası I, Kəngərli rayonunun komandası II, Culfa rayonunun komandası isə III yerə layiq görülüblər. Qaliblər oxunması zəruri olan kitablar və diplomlarla mükafatlandırılıblar.

“Oxunması zəruri olan kitablar”a həsr edilmiş viktorinalar tədris ili boyunca davam etdiriləcəkdir.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg