
14 fevral 2020-ci il tarixdə Kəngərli Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə Yurdçu kənd tam orta məktəbində “21 Fevral – Beynəlxalq Ana Dili Günü” ilə əlaqədar rayonun ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri arasında “Mənim ana dilim” mövzusunda inşa yazı müsabiqəsi keçirilib.
İnşa müsabiqəsinin keçirilməsində məqsəd ana dilimizin zənginliyi, onun yaşadılması və təbliğ edilməsi barədə şagirdləri məlumatlandırmaq, məktəbliləri milli-mənəvi dəyərlərə hörmət və vətənpərvərlik ruhunda tərbiyə etmək, şagirdlərin yaradıcılıq potensialının inkişaf etdirilməsi, məktəblilərin asudə vaxtlarının səmərəli təşkil edilməsindən ibarətdir.
14 fevral Babək rayon Uşaq Yaradıcılıq Mərkəzinin ''Rəsm'' dərnəyi üzvlərinə və Babək rayon orta məktəbinin şagirdlərinə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə ustad dərsi keçirilib.
Babək rayon ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri arasında “Mənim ana dilim” mövuzusunda inşa yazı müsabiqəsinin rayon mərhələsi keçirildi. Müsabiqədə Babək rayon qəsəbə 1 nömrəli və 2 nömrəli, Cəhri kənd 1 və 2 nömrəli tam orta məktəblərinin, Didivar, Kərimbəyli, Güznüt, Zeynəddin, Yarımca,Vayxır, Şəkərabad, Xal-xal, Hacıvar, Xəlilli kənd tam orta məktəblərin IX-XI sinif şagirdləri iştirak etmişdir.
Cəlil Məmmədquluzadənin Cəlilkənddə Xatirə Muzeyinin yaradılmasının 7-ci ildönümündə Şərur rayon mədəni maarif müəssələrinin əməkdaşlarının iştirakı ilə görkəmli ictimai xadimin anım günü keçirilmişdir.