• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün2485
mod_vvisit_counterDünən2479
mod_vvisit_counterBu həftə4964
mod_vvisit_counterBu ay38144
mod_vvisit_counterÜmumi2603990

Tarix: 25 İyun, 2024

Cəil Məmmədquluzadənin Xatirə muzeyində ədibin anma günü keçirilib

Cəlil Məmmədquluzadənin Cəlilkənddə Xatirə Muzeyinin yaradılmasının 7-ci ildönümündə Şərur rayon mədəni maarif müəssələrinin əməkdaşlarının iştirakı ilə görkəmli ictimai xadimin anım günü keçirilmişdir.

Tədbirdə muzeyin direktoru Həcər Əsgərova “Cəlil Məmmədquluzadənin Cəlilkənddə Xatirə Muzeyi xalqımızın sərvətlər xəzinəsidir” mövzusunda çıxışı dinlənilmişdir.

Şəhriyar kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi Zəhra Musayeva "Ədəbiyyatımıza doğan Cəlil Məmmədquluzadə Günəşi” mövzusunda çıxış edərək bildirmişdir ki, “XX əsr Azərbaycan ədəbiyyatının ən qüdrətli nümayəndələrindən biri böyük yazıçı, publisist, mütəfəkkir və ictimai xadim  Cəlil Məmmədquluzadə bu gün, əsrimizin sonunda bizim üçün mənəviyyat mənbəyidir, mənəvi dayaqdır.

Cəlil Məmmədquluzadə Azərbaycan ədəbiyyatının yeni mərhələyə yüksəlməsində müstəsna rol oynamış və bütöv bir ədəbi məktəb formalaşdırmış qüdrətli şəxsiyyətdir. Vətəndaş yazıçının bədii nailiyyətlərlə zəngin irsində azərbaycançılıq məfkurəsi dövrün ictimai-siyasi fikrinin aparıcı amili kimi dolğun ifadəsini tapmışdır. Sənətkar həyat həqiqətlərini, ictimai mühiti hərtərəfli əks etdirən və bədii-estetik dəyər daşıyıcısına çevrilən rəngarəng obrazlar qalereyası yaratmışdır. Ana dilinin saflığı uğrunda daim mübarizə aparmış Cəlil Məmmədquluzadənin meydana gətirdiyi qiymətli dram və nəsr əsərləri, parlaq publisistika dərin humanist məzmuna malik olub, özündə milli və ümumbəşəri dəyərlərin vəhdətini ehtiva edir. Azərbaycanda və onun hüdudlarından kənarda geniş yayılaraq milli oyanışa, yeniləşmə hərəkatına yol açan və azadlıq ideyalarının inkişafına qüvvətli təsir göstərən “Molla Nəsrəddin” jurnalı məhz Mirzə Cəlil dühasının məhsuludur.”

 

Tədbirdə şagirdlərin iştirakı ilə ədibin “Saqqallı uşaq” əsərindən tamaşa nümayiş olunmuşdur.

Sonda isə muzeyin baş fond mühafizi-elmi işçisi Gültac Həsənova tədbir iştirakçılarına  ekspozisiya zalında nümayiş olunan eksponatlar haqqında ətraflı məlumat vermişdir.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg