Sədərək Rayonunda inşa yazı müsabiqəsi keçirilmişdir


 

Naxçıvan Muxtar Respublikasının yaradılmasının 96-cı ildönümü ilə bağlı  Sədərək Rayon ümumtəhsil məktəblərinin şagirdləri arasında “Ulu yurdum Naxçıvanım” mövzusunda inşa yazı müsabiqəsi keçirilmişdir.

Müsabiqə Rayonun  ümumtəhsil məktəblərinin IX-XI  sinif  şagirdləri  arasında  keçirilmişdir.

Ardını oxu...

Ali təhsil müəssisələrinə qəbul imtahanlarının II mərhələsi üzrə keçiriləcək sınaq imtahanına qeydiyyat davam edir


Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ali təhsil müəssisələrinə qəbul imtahanlarının II mərhələsi üzrə fevralın 16-da keçiriləcək sınaq imtahanına qeydiyyat davam edir.

2020-ci ilin qəbul imtahanı modelinə uyğun keçiriləcək sınaq imtahanına qeydiyyat fevralın 10-u saat 11:00-dək aparılacaq.

İmtahanlar Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Şəmkir, Qazax, Tovuz, Şəki, Mingəçevir, Zaqatala, Bərdə, Ağcabədi, Göyçay, Şamaxı, İsmayıllı, Füzuli, Sabirabad, Salyan, Kürdəmir, Şirvan, Quba, Xaçmaz, Lənkəran, Cəlilabad və Masallı şəhərlərində təşkil olunacaq.

Ardını oxu...

Dərnək üzvləri Xalxal kəndinə ekskursiya ediblər

Naxçıvan Muxtar Respublikası Ekoloji Tərbiyə Mərkəzinin dərnək üzvləri Babək rayonu Xalxal kəndinə ekskursiya ediblər. Ekskursiyanın təşkil edilməsində məqsəd bu ərazilərdə yabanı faunanın qida tələbatını qismən ödəmək, ağaclara quş yuvaları asmaq və təmizlik aksiyası keçirmək olub.

Dərnək üzləri əvvəlcə həmin əraziyə qaba yem, tərəvəz qalıqları, daş duz qoyublar. Sonra isə hazırladıqları quş yuvalarını ağacdan asıblar. Uşaqlar ərazini plastik tullantılardan  təmizləyiblər.

Buraxılış imtahanlarının vaxtı açıqlanıb

 

Ümumtəhsil müəssisələrinin ümumi orta (IX sinif) və tam orta (XI sinif) təhsil səviyyələri üzrə buraxılış imtahanlarının vaxtı bəlli olub.

Ümumi orta (IX) təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının ilk mərhələsi martın 1-də,  II mərhələsi isə iyunun  14-də Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunacaq.

Tam orta təhsil (XI) səviyyəsi üzrə buraxılış imtahanları isə aprelin 5-də,  keçiriləcək.

Yetkinlik yaşına çatmayanlarla profilaktiki işlərə dair tədbir keçirilmişdir

Fevralın 4-də Naxçıvan şəhər 3 nömrəli tam orta məktəbdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə yetkinlik yaşına çatmayanlarla profilaktiki işlərə dair tədbirlər planına əsasən tədbir keçirilmişdir. Tədbirdə yetkinlik yaşına çatmayanların milli-mənəvi dəyərlər, vətənpərvər ruhda tərbiyə edilməsi, asudə vaxtlarında idman yarışlarının təşkil edilməsi və oxunması zəruri olan kitabların mütaliəsi üçün maarifləndirici söhbətlər aparılmışdır.

Tədbirdə şagirdləri maraqlandıran suallar təşkilatçılar tərəfindən cavablandırılmışdır.

 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg