Heydər Əliyev Muzeyində “Heydər Əliyev və Azərbaycan Gəncliyi” mövzusunda açıq dərs keçirilib

3 fevral 2020-ci il tarixdə Heydər Əliyev Muzeyində Naxçıvan şəhər 1 nömrəli tam orta məktəbin şagirdlərinin  iştirakı ilə “Heydər Əliyev və Azərbaycan Gəncliyi” mövzusunda açıq dərs keçirilib. Dərs zamanı şagirdlərə bildirmişdir ki, Azərbaycanda gənclər siyasəti həmişə dövlət siyasətinin əsas tərkib hissəsi kimi xüsusi yer tutub. Azərbaycan gəncliyi dövlətin diqqət və qayğısını hər zaman öz üzərində hiss edib. Həyatı boyu, respublikaya rəhbərliyinin bütün dövrlərində Ulu öndər sağlam, normal gəncliyin, bu dövlətə sahib dura biləcək bir nəslin yetişməsinə xidmət etmişdir.

Ardını oxu...

Babək rayon ümumi təhsil məktəblərində yetkinlik yaşına çatmayanlarla profilaktik söhbət aparılmışdır


Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi,  Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyinin birgə təsdiq etdiyi tədbirlər planına uyğun olaraq 03 fevral 2020-ci il tarixdə Babək Rayon Polis Şöbəsinin əməkdaşı Kamran Gözəlovun, Təhsil Şöbəsinin əməkdaşı Toğrul Kərimovun, Gənclər və İdman İdarəsinin rəisi Elvin Əliyevin iştirakı ilə Nehrəm 1,  2  və 3 nömrəli kənd tam orta məktəblərində maarifləndirici tədbir keçirilmişdir.

Ardını oxu...

Fizika, kimya və biologiya fənləri üzrə laborator-təlimdə iştirak edən müəllimlərə sertifikatlar təqdim edilib


Muxtar respublika ümumtəhsil məktəblərində fizika, kimya və biologiya fənlərini tədris edən və 27-31 yanvarda  Naxçıvan Dövlət Universitetində laborator-təlimdə iştirak edən müəllimlərə sertifikatlar təqdim edilib.

Naxçıvan Dövlət Universitetinin rektoru  Elbrus İsayev çıxış edərək qeyd etmişdir ki, bu gün təhsilə göstərilən diqqət və qayğı ən yüksək səviyyədədir. Ali təhsil müəssisələri ilə ümumtəhsil məktəbləri arasında yaradılan geniş əlaqələr həm müəllim potensialının güclənməsinə, həm də səmərəliliyinin artmasına stimul yaradır.

Ardını oxu...

Ümumi təhsil müəssisələrində qış tətili başa çatıb

Ümumi təhsil müəssisələrində 2019-2020-ci tədris ili üzrə qış tətili başa çatıb.

Qış tətili 27-31 yanvar tarixlərini əhatə edib.

Beşgünlük dərs həftəsi olan məktəblilər üçün tətil müddəti 9 gün (25 yanvar-2 fevral) davam edib.

Altıgünlük tədris həftəsi ilə işləyən məktəblərdə dərslərə fevralın 1-də start verilib.

Naxçıvan Dövlət Texniki Kollecində kitab müzakirəsi keçirilib

Naxçıvan Dövlət Texniki Kollecində publisist-politoloq Reyhan Mirzəzadənin “Aleksandr Sergeyeviç Qriboyedov: şair-diplomat” kitabının müzakirəsi olub.

Kollecin direktoru Asəf Ruşanov qeyd edib ki,  “Aleksandr Sergeyeviç Qriboyedov: şair-diplomat”  əsəri Naxçıvanla bağlı tarixi məqamların ortaya çıxarılması və geniş auditoriyaya çatdırılması baxımından  dəyərli bir töhfədir.

Bildirilib ki, “Oxunması zəruri olan kitabların siyahısı”na salınan bu əsər elmi və tarixi nəşrdir. Dəqiq tarixi həqiqətlər, xəritələr, şəkillər və digər sənədlərin əsasında hazırlanan bu kitab təkcə Azərbaycan tarixinin araşdırılmasında vacib rol oynamır.

Ardını oxu...

 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg