
Hüseynli Rafiq Anar oğlu 1 iyul 2011-ci il tarixdə Naxçıvan şəhərində anadan olmuşdur. İdmanın Karate-do növü ilə 6 yaşından məşğul olur. O, bu idman növü üzrə Naxçıvan Muxtar Respublikası açıq çempionatının, müxtəlif beynəlxalq turnir və çempionatın qalibi olmuşdur. Rafiq 24-26 may 2019-cu il tarixlərdə Rumıniyanın Buxarest şəhərində keçirilən 10-cu Dünya Şotokan Karate Çempionatında WKF və Shobu sanbon qaydaları üzrə I yeri tutaraq çempion olmuşdur. Ən böyük qələbəsi isə 1-3 noyabr 2019-cu il tarixlərdə Şimali Makedoniyanın Skopya şəhərində keçirilən 11-ci Avropa Şotokan Karate Çempionatında WKF, Shobu sanbon və Shobu İppon qaydaları üzrə qalib olaraq 3 qızıl medal qazanmışdır.
11-13 fevral 2020-ci il tarixlərdə Bakı şəhərində keçirilən müsabiqədə Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbin XI sinif şagirdləri Bağırov Siyavuş Mehdi oğlu, Qulusoy Araz Cavanşir oğlu “Ferma nöqtəsindən istifadə etməklə 3 qəsəbə arasında ən uyğun məntəqənin tapılması” mövzusunda hazırladıqları layihə “Sabahın alimləri” IX Respublika müsabiqəsində III yerə layiq görülmüşdür.
Fevralın 12-də Naxçıvan şəhər 14 nömrəli tam orta məktəbin Fizika müəllimi Zamilə Mustafayeva tərəfindən VII və XI sinif şagirdlərinin iştirakı ilə “Fizika hər yerdə” adlı tədbir keçirilmişdir. Tədbirdə Naxçıvan Şəhər Təhsil Şöbəsinin əməkdaşları, məktəb rəhbərliyi, müəllimlər və valideynlər iştirak etmişdi.

