
Təhsildə daim təkmilləşdirilməyə ehtiyac duyulan istiqamətlərdən biri təhsilin idarə olunmasıdır ki, onun da əsas istiqamətləri təlim-tərbiyə işinin düzgün planlaşdırılması, tədris-pedaqoji, məktəb sənədlərinin aparılması və saxlanması, kargüzarlığın təşkilidir. Bu mənada Təhsil Nazirliyi tərəfindən ümumtəhsil məktəbinə rəhbərliyin səviyyəsinin yüksəldilməsi, məktəb sənədlərinin və kargüzarlığın təlimata uyğun aparılması, dövlət nümunəli təhsil sənədlərinin vaxtında və düzgün işlənilməsi, sənəddəki məlumatların düzgünlüyü üçün vəzifəli şəxsin məsuliyyəti, eləcə də Şəhər və Rayon Təhsil şöbələrinin dövlət qulluqçularının əmək funksiyalarına dair seminarlar davam etdirilir.



Sabahın tədqiqatçıları layihəsinin iştirakçısı Rzayev Aydın Coşqun oğlu və elmi rəhbər Akif Bayramov "Çay sularının üzvi çirklənməsinin bioloji analizi" mövzusunda tədqiqat işini aparmaq üçün Naxçıvan çay ərazisində olub və su dibində yaşayan makrobentik orqanizimləri araşdırılıb.