• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün935
mod_vvisit_counterDünən1100
mod_vvisit_counterBu həftə9624
mod_vvisit_counterBu ay5685
mod_vvisit_counterÜmumi2522501

Tarix: 04 May, 2024

Fənlərarası inteqrasiya əsasında innovativ dərs keçirilmişdir

 

Naxçıvan Qızlar liseyində biologiya , coğrafiya və fizika fənlərinin qarşılıqlı inteqrasiyası əsasında “Dalğalar” mövzusunda innovativ dərs keçirilmişdir. Dərs liseyin əməkdar müəllimi Yeganə Mustafayeva, gənc müəllimlər Nahirə Tağızadə və Zeynəb Mustafazadə tərəfindən keçirilmişdir.

Dərsin biologiya fənninə inteqrasiyasındakı məqsəd səs dalğalarının insan həyatındakı rolunu aydınlaşdırmaqdır. Belə ki, ətraf aləmin dərk edilməsində eşitmə orqanı çox böyük əhəmiyyət daşıyır. Çünki biz eşitmə orqanımız sayəsində baş verən hadisələri dərk edirik, müxtəlif səslərdən zövq alırıq və özümüzü təhlükələrdən qoruyuruq .

Dərsin coğrafiya fənninə inteqrasiyasında şagirdlərə seysmik dalğalar, külək dalğaları sunami haqqında məlumat verildi. Məqsəd zəlzələ zamanı yaranan seysmik dalğalar, bu dalğanı qeydə alan cihaz - seysmoqraf, ilk seysmoqrafın yaranma tarixi və insanların həyatında yaratdığı fəsadlar haqqında məlumatları şagirdlərə çatdırmaq idi.

Dərsin fizika fənninə inteqrasiyasında isə şagirdlər dalğaların yayılma sürəti, dalğa uzunluğu və növləri haqqında məlumat əldə etdilər. Şagirdlərə səs dalğalarının yayıldığı mühitlər , bir mühitdən digərinə keçdikdə sürətinin necə dəyişməsi izah olundu. Eyni zamanda elektromaqnit dalğaları və onların müasir həyatda - radiorabitə , tibb sahəsi və bir çox başqa istiqamətlərdəki rolu barədə şagirdlərə məlumat verildi.

Dərs şagirdlər tərəfindən maraqla dinlənilmiş və suallar cavablandırılmışdır.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg