Şahbuz şəhər 1 nömrəli tam orta məktəbində Naxçıvan Muxtar Respublikası Daxili İşlər, Təhsil, Gənclər və İdman nazirliklərinin Tədbirlər Planına uyğun olaraq maarifləndirici tədbir keçirilib. Tədbirin məqsədi şagirdlərin milli-mənəvi dəyərlər, vətənpərvərlik ruhunda tərbiyə edilməsi, asudə vaxtlarında məktəbdənkənar tərbiyə müəssisələrinə, kitabxanalara, müxtəlif idman növlərinə cəlb olunmalarıdır. Rayon İcra Hakimiyyətinin nümayəndəsi Oruc Mirzəyev, Gənclər və İdman İdarəsinin rəisi İdris Qəhrəmanov, Şahbuz Rayon Yetkinlik Yaşına Çatmayanların Proflaktik İşinin Təşkili Şöbəsi üzrə inspektoru, polis kapitanı Mirnəsir Seyidov, Təhsil şöbəsinin əməkdaşı Fikrət Cəfərov yetkinlik yaşına çatmayanların zərərli vərdişlərdən uzaqlaşdırılması, erkən nikah hallarına yol verilməməsi, onların sosial şəbəkələrdən təhlükəsiz istifadəsi və zərərli informasiyalardan qorunması ilə bağlı ətraflı məlumat veriblər.
Şərur rayon ümumtəhsil məktəblərinin şagirdləri arasında “Beynəlxalq Ana Dili Günü” nə həsr olunmuş “ Mənim Ana dilim” mövzusunda IX-XI sinif şagirdləri arasında inşa yazı müsabiqəsi keçirilmişdir. Müsabiqə üçün şagirdlərə 1 saat 30 dəqiqə vaxt verilmişdir. Yaradılan komissiya üzvləri tərəfindən qaliblər aşağıdakı şəkildə müəyyən olunmuşdur:
Sədərək Rayon Təhsil Şöbəsinin, Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının Sədərək Rayon Bölməsinin və Şahmat məktəbinin birgə təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının 96-cı ildönümünə həsr olunmuş Sədərək rayon ümumtəhsil məktəblərinin müəllimləri arasında ilk dəfə olaraq internet üzərindən canlı şahmat yarışı baş tutmuşdur.
Ordubad şəhər tam orta İnternat məktəbində “21 fevral Beynəlxalq Ana Dili Günü” ilə bağlı “dəyirmi masa” keçirilib.
14 fevral 2020-ci il tarixdə Kəngərli Rayon Təhsil Şöbəsinin və Uşaq-gənclər şahmat məktəbinin birgə təşkilatçılığı ilə Kəngərli və Şərur rayon şahmatçıları arasında tempo turniri keçirilib.