13 fevral 2020-ci il tarixdə Bəhruz Kəngərli Muzeyində Naxçıvan şəhər 9 nömrəli tam orta məktəb şagirdlərinin iştirakı ilə “Görkəmli rəssam Bəhruz Kəngərlinin həyat və yaradıcılığı” mövzusunda açıq dərs keçirilmişdir. Açıq dərsdə qeyd olunmuşdur ki, Naxçıvanda adlı-sanlı, nüfuzlu nəsillər yaşayıb ki, onların adı bu gün də iftixarla çəkilir, ehtiramla yad edilir. Məşhur Kəngərlilər nəsli nəyinki Azərbaycanın, dünyanın hərb, ədəbiyyat, incəsənət tarixinə görkəmli şəxsiyyətlər bəxş edib. Bu nəslin nümayəndələri adlarını tarixin ən şərəfli səhifələrinə yazıblar.
Belə şəxsiyyətlərdən bir də Azərbaycanın ilk realist rəssamı Bəhruz bəy Kəngərlidir. Sonda isə muzeyin bələdçisi tərəfindən şagirdlərə ekskursiya təşkil olunmuşdur.


13 fevral 2020-ci il tarixdə Kəngərli Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə Qarabağlar kənd 1№-li tam orta məktəbdə gənclərin sosial təşəbbüskarlığını artırmaq, innovativ təfəkkürünü inkişaf etdirmək məqsədilə “Gənclər dövlət qayğısını daim öz üzərində hiss edir” mövzusunda gənc müəllimlərlə görüş keçirilib.
Daxili İşlər, Təhsil, Gənclər və İdman Nazirliklərinin birgə təsdiq etdiyi “ Naxçıvan Muxtar Respublikasında yetkinlik yaşına çatmayanlarla aparılan profilaktiki işlərə dair Tədbirlər Planı”nın icrasını təmin etmək məqsədi ilə Sədərək rayon Sədərək kənd 1 nömrəli tam orta məktəbində yetkinlik yaşına çatmayanların maarifləndirilməsi məqsədi ilə tədbir keçirilib. 