Dövlət İmtahan Mərkəzi (DİM) 2021-2022-ci tədris ili üçün I-IV ixtisas qrupları üzrə tələbə qəbulunun şərtlərini açıqlayıb.
Müsabiqə şərtləri cari ildə I-IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanının ikinci mərhələsində iki müxtəlif ixtisas qrupu üzrə imtahan verən abituriyent müvafiq müsabiqə şərtlərini ödədiyi halda, hər iki ixtisas qrupu üzrə müsabiqədə iştirak edə bilər.
Müsabiqədə iştirak etmək üçün abituriyentlərin nəticələri aşağıdakı tələbləri ödəməlidir:
Naxçıvan Muxtar Respublikasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunan
İstedadlı şagirdlərin aşkar olunması, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, aşağı sinif şagirdlərinin müxtəlif fənlərə olan marağının artırılması, onlarla məqsədyönlü işlərin aparılması məqsədilə məktəblilərin fənn müsabiqələrinin final mərhələsi keçirilmişdir. Müsabiqənin final mərhələsində ümumtəhsil məktəblərinin VI və VII siniflərdən olmaqla 147 şagird iştirak etmişdir.
Mayın 25-də Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində muxtar respublikada ilk dəfə olaraq şagirdlərin Robotexnika dərnəklərində və STEAM təlim metodu əsasında hazırladıqları layihələrin texnosərgisi keçirilmişdir.
Şagirdləri təbiətə qayğı ruhunda tərbiyə etmək, onlarda ekoloji şüuru və mədəniyyəti formalaşdırmaq məqsədilə Turist Diyarşünaslıq Mərkəzinin dərnək rəhbərləri mərkəzin dərnək üzvlərinin Nəbatat bağına ekskursiyasını təşkil edib. Ekskursiyada dərnək rəhbəri və 15 dərnək üzvü iştirak edib.