Ordubad Rayon Gənclər və İdman İdarəsi və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə məktəblilərin Vətənə məhəbbət, dövlətçiliyə sədaqət ruhunda tərbiyə olunması və vətənpərvərlik hisslərinin yüksəldilməsi məqsədi ilə Ordubad şəhər 3 nömrəli tam orta məktəbin VIII sinif şagirdlərinin iştirakı ilə rayon Tarix-Diyarşünaslıq Muzeyinə ekskursiya təşkil olunub. Muzeyin bələdçisi Aysun Quliyeva məktəblilərə muzeyin yaranma tarixi və ekspozisiyası haqqında ətraflı məlumat verib.
Muzeylə tanışlıq məktəblilərə xoş təəssürat bəxş edib.
9 iyun 2021-ci il tarixdə “15 iyun-Milli Qurtuluş günü” münasibətilə Naxçıvan şəhər ümumtəhsil məktəblərinin şagirdlərinin Heydər Əliyev Muzeyinə ekskursiyası təşkil olunub. Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi və Təhsil Şöbəsi tərəfindən təşkil olunan ekskursiyada 30-a yaxın şagird iştirak edib. 
Duzdağda yeni şaxta istifadəyə verilib
Bu gün muxtar respublikada iqtisadiyyatın inkişafı, tikinti və xidmət sahələrinin genişləndirilməsi, sənaye müəssisələrinin yaradılması, yeni maşın və mexanizmlərin tətbiqi peşə təhsilini günün tələbinə çevirmişdir.