2019-2020-ci tədris ilindən etibarən verilmiş tapşırığa əsasən məktəbdənkənar təhsil müəssisələrində “İnnovativ dərnəklər” layihəsi tətbiq edilir. Yeni innovativ dərnəklərin yaradılması uşaqların asudə vaxtlarının səmərəli təşkili və intellektual inkişafı, onların istedad və bacarıqlarının üzə çıxarılması, yaradıcılıq qabiliyyətlərinin genişləndirilməsi, milli dəyərlər zəminində tərbiyələri üçün zəruri şərait yaradır. İlk dəfə Heydər Əliyev Uşaq-Gənclər Yaradılıcıq Mərkəzindən başlanılan “İnnovativ dərnəklər” layihəsi artıq Şərur, Culfa, Ordubad rayon məktəbdənkənar təhsil müəssisələrində də yaradılmışdır. Yeni innovativ dərnəklərin tədrisi üçün Təhsil Nazirliyi tərəfindən 2019-cu ildən innovativ dərnəklər üzrə kurslara başlanılmışdır.
Sədərək Rayon Təhsil Şöbəsi, Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyası, Muğla Böyük Şəhər Bələdiyyəsi və Yevlax Şəhər Uşaq Gənclər İdman Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə “28 May - Respublika Günü”nə həsr olunmuş Azərbaycan, Türkiyə və Pakistan məktəbliləri arasında şahmat üzrə onlayn yoldaşlıq görüşü keçirilib.
Muxtar respublikada bütün sahələr kimi, təhsilin inkişafı da dövlət qayğısı ilə əhatə olunmuşdur. Məktəbdənkənar tərbiyə müəssisələri də təhsil sisteminin ayrılmaz tərkib hissəsi olub öz işini bu yöndə uğurla davam etdirir.
Ordubad Rayon Texniki Peşə və Sürücülük məktəbində ümumtəhsil məktəblərinin şagirdləri arasında “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında atletika üzrə rayon turniri keçirilmişdir.
2020-2021-ci tədris ilindən muxtar respublikada tətbiqinə başlanılan STEAM təlim metodu üzrə görülən işlər uğurla davam edir. Muxtar respublikada təhsilə göstərilən diqqət və qayğının nəticəsidir ki, artıq 15-dən çox təhsil müəssisəsində STEAM kabinələri yaradılmış 38 məktəbdə isə kabinələrin yaradılması istiqamətində işlər davam edir. Yaradılan kabinələr elektron lövhə, kompüter, 3D printer, mikrobit, arduino setləri və digər öyrədici STEAM qurğuları ilə təmin olunmuşdur ki, bu da STEAM-in tətbiqinə geniş imkan yaradır. Həmçinin Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən STEAM təlim metodu ilə bağlı xarici ədəbiyyatlar Azərbaycan dilinə tərcümə olunmuş, müvafiq tədris proqramları və müəllimlər üçün metodik vəsaitlər hazırlanmışdır. Bu sahədə müəllimlərin təlimlərə cəlb olunması da diqqətdə saxlanılmış, bu günədək 80 müəllim Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən kurslara cəlb olunmuş, təlimləri başa vuran müəllimlər sertifikatla təmin edilmiş, 150 müəllim isə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən onlayn təşkil edilən STEAM təlimlərində iştirak etmişdir.