Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” və “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası Təhsil Nazirliyi tərəfindən daim diqqətdə saxlanılır. İyunun 7-də Naxçıvan şəhər 14, 16 və 17 nömrəli tam orta məktəblərdə peşə ixtisasları, o cümlədən sağlamlıq imkanları məhdud uşaqların maraq və bacarıqları nəzərə alınmaqla peşə təhsilinə cəlb edilməsi ilə bağlı növbəti maarifləndirici tədbir keçirilib. Tədbirdə Təhsil Nazirliyi Aparatının əməkdaşı, Naxçıvan Şəhər Peşə Liseyinin direktoru və IX-XI sinif şagirdləri iştirak ediblər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iyunun 7-də
3-4 iyun tarixlərində atletika üzrə Azərbaycan çempionatı keçirilib. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda reallaşan yarışda 90 idmançı medallar uğrunda mübarizə aparıb.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Atletika Federasiyasının təşkilatçılığı ilə 22 aprel-27 may tarixlərində Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində təşkil edilən bədii gimnastika kursunu bitirən müəllimlərə sertifikatlar təqdim edilmişdir.
İyunun 5-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində muxtar respublika məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvlərinin əl işlərindən ibarət sərgi-satışa yekun vurulub.