Sədərək Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə Sədərək kənd 2 nömrəli tam orta məktəbində “1 İyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü” ilə əlaqədar tədbir keçirilib.
Tədbirdə Sədərək rayon ümumtəhsil məktəblərinin direktorları, müəllimlər və ümumtəhsil məktəblərinin şagirdləri iştirak edib. Tədbirdə çıxış edən Sədərək Rayon Təhsil Şöbəsinin Metodisti Yalçın Əliyev diqqətə çatdırıb ki, dünyanın əksər ölkələrində hər il iyun ayının 1-i “Uşaqların Beynəlxalq Müdafiəsi Günü” kimi qeyd olunur.
1 iyun 2021 - ci il tarixdə Şərur rayon Təhsil şöbəsi, Gənclər və İdman idarəsi və Naxçıvan Muxtar Respublikası Atletika federasiyasının Şərur rayon bölməsinin birgə təşkilatçılığı ilə Şərur rayon ümumtəhsil məktəblərinin Atletika klubları arasında yoldaşlıq görüşü keçirilmişdir. Yarış 100, 200, 400, 800 metr məsafəyə qaçış növləri üzrə keçirilmişdir. Yarışda ümumtəhsil məktəbinin 40 nəfər iştirak etmişdir. Yarışın keçirilməsində məqsəd idmançılar arasında dostluq əlaqələrinin gücləndirilməsi, atletika idman növünün yeniyetmə və gənclər arasında təbliğ edilməsi, idmançıların bacarıqlarının yüksəldilməsindən və atletika üzrə yığma komandanın tərkibini müəyyən etməkdən ibarət olmuşdur.
Babək rayon ümumtəhsil müəssisələrində şagirdlərdə oxu vərdişlərini formalaşdırmaq, asudə vaxtlarından səmərəli istifadə etmək və vətənpərvərllik hislərini aşılamq, tarixi biliklərini möhkəmləndirmək məqsədi ilə bir sıra tədbirlər keçirilimişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iyunun 1-də “Şərq qapısı” qəzetinin 100 illik yubileyinin qeyd olunması barədə Sərəncam imzalayıb.
M