Mayın 27-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində Respublika Günü qeyd edilib, Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası təltiflərinin, eləcə də Prezident mükafatlarının təqdimatı keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək bu il xalqımızın 28 May Respublika Gününü dövlətçilik tariximizdə əbədi qalacaq böyük Qələbə ilə qeyd etdiyini bildirib, Qələbənin qazanılmasında şəhid olmuş qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə mayın 27-də Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində ilk dəfə olaraq muxtar respublika məktəbdənkənar təhsil müəssisələrinin Ebru sənəti dərnəyinin üzvləri arasında “28 May-Respublika Günü”nə həsr olunmuş müsabiqə keçirilib. “Təkrarlanmayan rənglərlə milli atributlarımız” mövzusunda keçirilən müsabiqənin məqsədi istedadlı şagirdləri üzə çıxarmaq, onlarda vətənpərvərlik hisslərini formalaşdırmaq, eləcə də muxtar respublikada ebru sənətini təbliğ etmək və inkişaf etdirməkdən ibarət olub.
On birinci sinif şagirdlərinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Aparatının Ümumtəhsil məktəbləri və liseylərlə iş üzrə şöbəsinin müdiri Abdulla Əsgərov bu cür görüşlərin şagirdlər üçün əhəmiyyətindən danışıb. Həmçinin “Naxçıvan” Universitetinin rəhbərliyinə şagirdlərlə belə görüşlərdə fəal iştirakına görə minnətdarlıq edib. Şagirdlərə ali təhsil müəssisələrində seçim edərkən diqqətli olmağı, gələcək perspektivlərlə yanaşı, öz arzularını da nəzərə almağı tövsiyə edib, onlara uğurlar arzulayıb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev deyib:
"Bu il də ali təhsil müəssisələrinə I-IV ixtisas qrupları üzrə qəbul imtahanı iki mərhələdə həyata keçiriləcək".