05 iyun bütün dünyada Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü kimi qeyd olunur. Son illər ekoloji tarazlığın qorunması, yaşıllıq zolaqlarının genişlənməsi və bu kimi məsələlər mühüm əhəmiyyət kəsb edir. Muxtar respublikamızda da yaşıllıq sahələrinin həcminin dəfələrlə artması, yurdumuzun yaşıllıqlar məskəninə çevrilməsi görülən ekoloji tədbirlərin nəticəsidir. Bu sahədə həyata keçirilən tədbirlər, mövcud problemlərin həlli istiqamətində görülən işlər davamlı xarakter alıb, yeni əkilən ağacların suvarılmasında damcı üsulunun tətbiqi genişləndirilib, çox sayda meyvə bağları, yaşıllıq zolaqları salınıb. Hər il yüz hektarlarla meyvə bağları və yaşıllıq zolaqları salınır, ətraf mühitə qayğı göstərilir. Bu tədbirlər hesabına bu gün muxtar respublika ərazisinin 20 faizini meyvə bağları və yaşıllıq zolaqları təşkil edir.
İyunun 4-də Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin Bioresurslar İnstitutu və Ekoloji Tərbiyə Mərkəzinin birgə təşkilatçılığı ilə Mərkəzin dərnək üzvləri Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü münasibətilə Nəbatat bağında ekskursiyada olmuşdurlar.
İyunun 4-də Naxçıvan Muxtar Respublikası Ekoloji Tərbiyə Mərkəzində dərnək üzvlərinin iştirakı ilə Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü münasibətilə “Təbiəti qoruyaq” aksiyası keçirilmişdir.
2 iyun 2021-ci il tarixdə Naxçıvan Dövlət Universitetinin İdman Kompleksində “15 iyun-Milli Qurtuluş Günü” münasibətilə Naxçıvan şəhər ümumtəhsil məktəblərinin oğlan komandaları arasında basketbol birinciliyi keçirilib. Tədbirin açılış mərasimində Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov çıxış edərək bildirib ki, ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışı xalqımızın şanlı tarixinə Milli Qurtuluş günü kimi daxil olmuş, ulu öndərimizin tarixi xidmətləri sayəsində Azərbaycanın dövlət müstəqilliyi əbədi, dönməz xarakter almışdır.