Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” və “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası Təhsil Nazirliyi tərəfindən daim diqqətdə saxlanılır. Mayın 31-də Naxçıvan şəhər 12 və 13 nömrəli tam orta məktəblərdə peşə ixtisasları, o cümlədən sağlamlıq imkanları məhdud uşaqların maraq və bacarıqları nəzərə alınmaqla peşə təhsilinə cəlb edilməsi ilə bağlı növbəti maarifləndirici tədbir keçirilib. Tədbirdə Təhsil Nazirliyi Aparatının əməkdaşı, Naxçıvan Şəhər Peşə Liseyinin direktoru və IX-XI sinif şagirdləri iştirak ediblər.
Son illərdə dünya təhsil sistemində ən mühüm trendlərdən biri kimi aktuallıq qazanan STEAM təlim metodu bu gün muxtar respublikanın təhsil müəssisələrində uğurla tətbiq edilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə 2019-cu ildən məktəbdənkənar təhsil müəssisələrində Robotexnika dərnəklərinin fəaliyyətinə, 2020-2021-ci tədris ilindən isə muxtar respublikanın ümumtəhsil məktəblərində STEAM təlim metodunun tətbiqinə başlanılmış, bu məqsədlə ötən müddət ərzində “STEAM Tədris Mərkəzi”, 4 məktəbdənkənar və 11 ümumi təhsil müəssisəsində STEAM kabinələri yaradılmışdır. Hazırda əlavə olaraq 38 məktəbdə kabinələrin yaradılması istiqamətində işlər görülür.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində “1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi
Məsmalıyev Sərcan Şahin oğlu – 16 noyabr 2003-cü ildə Şahbuz rayonunun Keçili kəndində anadan olub. 2010-cu ildə Keçili kənd tam orta məktəbinin I sinfinə qəbul olub. İbtidai sinifdə təhsil aldığı illərdə müəllimlərin diqqətini cəlb edib, oxumağa olan həvəsi, nümunəvi davranışı ilə müəllimlərin rəğbətini qazanıb. Sərcanın dəqiq fənlərə olan marağı, bu sahə üzrə xüsusi istedada malik olması müəllimlərin diqqətindən yayınmayıb. Sinifdən-sinfə keçdikcə bu istedad özünü daha çox biruzə verib. Keçirilən sınaq testlərində, müxtəlif bilik yarışlarında, rayon səviyyəli tədbirlərdə, olimpiadalarda uğur qazanıb.