Qabiliyyət imtahanında iştirak etmək üçün qeydiyyat başlayı
2021/2022-ci tədris ili üçün ali təhsil müəssisələrinin və 11 illik təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına (XQTİ) qəbul olmaq istəyən abituriyentlər qabiliyyət imtahanlarında iştirak etmək üçün 31 may – 7 iyun 2021-ci il tarixlərində verilən link (https://eservices.dim.gov.az/qabiliyyet/?frm=egov) vasitəsilə qeydiyyatdan keçməlidirlər.
Muxtar respublikada istedadlı şagirdlərin üzə çıxarılması məqsədilə müxtəlif müsabiqələr və bilik yarışları içərisində olimpiadalar xüsusi ilə seçilir. Bu tədris ilində də məktəblilərin muxtar respublika və respublika fənn olimpiadaları keçirilmişdir. Muxtar respublika üzrə 121 məktəbli Respublika fənn olimpiadasının final turuna vəsiqə qazanmışdır.
Gənc nəslin milli dövlətçilik, vətənpərvərlik ruhunda tərbiyəsini yüksəltmək, istedadlı məktəbliləri aşkara çıxarmaq, mədəniyyət və ədəbiyyatımızın inkişafı və təbliğini təmin etmək məqsədilə muxtar republika ümumtəhsil məktəblərinin şagirdləri arasında “28 May-Respublika günü”nə həsr olunmuş şeir müsabiqəsi keçirilib.
Naxçıvan Muxtar Respublikası təhsil və mədəniyyət nazirliklərinin birgə təşkilatçılığı ilə Naxçıvan Dövlət Rəsm Qalereyasında 27 may 2021-ci il tarixdə Naxçıvan Qızlar Liseyi, Naxçıvan şəhər 1, 15, 16 və 17 nömrəli tam orta məktəblər üzrə 20 nəfər şagirdin iştirakı ilə açıq dərs keçirilib.
Orta əsrlər Naxçıvan ədəbi mühitinin görkəmli nümayəndələrindən biri Bayrək Quşçuoğludur